Dünyada uşaqlar arasında göyöskürək yayılıb: Körpələr üçün ölümcül ola bilər

Dünən, 15:24           
Dünyada uşaqlar arasında göyöskürək yayılıb: Körpələr üçün ölümcül ola bilər
Dünyada uşaqlar arasında göyöskürək halları yenidən artıb, xəstəlik pandemiyadan əvvəlki göstəriciləri keçib.

Bu barədə amerikalı pediatriya mütəxəssisləri aparılan araşdırmadan sonra xəbərdarlıq ediblər. Onların tədqiqatlarının nəticələri "PEDIATRICS" jurnalında dərc olunub.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, böyüklərdə xəstəlik uzunmüddətli öskürəklə müşayiət olunsa da, körpələrdə ağır fəsadlara səbəb ola, xüsusilə iki aydan kiçik uşaqlarda nəfəsin dayanmasına gətirib çıxara bilər.

Ekspertlər bildiriblər ki, bu xəstəlikdən ən vacib müdafiə üsulu hamiləlik dövründə edilən peyvənddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru