Amerikalı reper Diddiyə dörd il HƏBS cəzası verildi Dünən, 15:54 Nyu-York məhkəməsi reper və iş adamı Şon Kombsu (P.Diddi) dörd il iki ay müddətinə azadlıqdan məhrum edib.Oxu.Az bu barədə "NBC News" telekanalına istinadən xəbər verir.Bildirilir ki, reper insan alveri ittihamı üzrə iki epizodda təqsirli bilinib.Prokurorlar məhkəmədən reperə 11 ildən artıq müddətə həbs cəzası verilməsini tələb edirdilər.Xatırladaq ki, 2025-ci ildə o, reket və insan alverində daha ağır ittihamlar üzrə bəraət almışdı. Facebook-da paylaş