Bakıda 50 qəpiyə limon satan kişinin hesabında bir milyon manat var VİDEO

Dünən, 15:14           
Bakıda 50 qəpiyə limon satan kişinin hesabında bir milyon manat var  VİDEO
Paytaxtın müxtəlif ərazilərində limon satmaqla məşğul olan Yevlax sakini, 61 yaşlı Zahid Hüseynov öz adının kiberdələduzluq sxemində istifadə edildiyini iddia edir. O, adına 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi bir hesabın açıldığını bildirir.

Oxu.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Zahid Hüseynovun sözlərinə görə, bir neçə ay əvvəl Daşkəsən Rayon Polis Şöbəsindən zəng gəlib və o, yaşlı bir qadının bank kartından kiberdələduzluq yolu ilə pul mənimsəməkdə şübhəli bilinərək Daşkəsənə aparılıb.

Hadisədən sonra ciddi narahatlıq keçirən Zahid Hüseynov adına hər hansı bir hesabın açılıb-açılmadığını yoxlamaq üçün banklara müraciət edib. Lakin heç bir bank bu məlumatı təsdiq etməyib. Ehtimal olunur ki, sözügedən vəsait elektron pul kisəsi vasitəsilə yaradılmış hesabda olub.

Zahid Hüseynovun əsas istəyi, onun şəxsiyyətindən istifadə edərək bu kiberdələduzluğu həyata keçirən cinayətkar dəstənin aşkar edilərək istintaqa cəlb edilməsidir. O, bu işin təkcə onun taleyi deyil, həm də mənimsənilən pulların əsl sahiblərinin hüquqları baxımından vacib olduğunu vurğulayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məsələyə münasibət bildirib. O qeyd edib ki, həmin vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru