Rusiyanın dron hücumu nəticəsində Ukraynada fransız fotojurnalist həlak olub

Dünən, 16:24           
Rusiyanın dron hücumu nəticəsində Ukraynada fransız fotojurnalist həlak olub
Oktyabrın 3-də Rusiyaya məxsus FPV-dronunun hücumu nəticəsində Donetsk vilayətində fransız fotojurnalist Antoni Lallikan həlak olub.

Oxu.Az bildirir ki, bu barədə Ukrayna Milli Jurnalistlər İttifaqının başçısı Sergey Tomilenko "Facebook" sosial şəbəkə hesabında məlumat verib.

Onunla birlikdə işləyən ukraynalı jurnalist Georgi İvançenkov isə yaralanıb.

Qeyd edilir ki, 38 yaşlı Lallikan Rusiya-Ukrayna münaqişəsində həlak olan üçüncü fransız jurnalistdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru