ABŞ sahillərində bir milyon dollarlıq xəzinə aşkarlanıb
Dünən, 16:08
Dalğıclar ABŞ-nin Florida ştatının sahillərində 300 il əvvəl batmış gəmidə 1 milyon dollar dəyərində qızıl xəzinəsi aşkarlayıblar.
Bu barədə "Associated Press" agentliyi xəbər verir.
Dəfinənin tarixçəsi 1715-ci il iyulun 31-də İspaniya donanmasının qəzaya uğraması ilə bağlıdır. Belə ki, qasırğa həmin vaxt Amerikadan İspaniyaya qızıl, gümüş və zərgərlik əşyaları daşıyan bir neçə gəmini məhv edib.
Bu yay dalğıclar dənizin dibindən minlərlə qızıl və gümüş sikkədən ibarət xəzinə çıxara biliblər.