Fazil Mustafa: "Biz Ermənistanla, ermənilərlə o vaxta qədər düşmənik ki, torpağımızı işğaldan azad etməyiblər."

22-06-2015, 16:50           
Fazil Mustafa: "Biz Ermənistanla, ermənilərlə o vaxta qədər düşmənik ki, torpağımızı işğaldan azad etməyiblər."
Görkəmli kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “The New Times”a müsahibəsində bir sıra fikirlər səsləndirib. Onun jurnala müsahibəsi siyasi və diplomatik sözlərdən fərqli olaraq liberal sənətkar fikirlərinə daha çox bənzəyib. Hətta söhbət əsnasında kinorejissorumuz bildirib ki, biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq. Bu fikir isə Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.

R.Rüstəmbəyovun bu fikirlərini şərh edən millət vəkili Fazil Mustafa Hafta.az-a açıqlamasında bildirib ki, Milli Şuranın fəxri sədri bu ifadənin ikinci tərəfində haqlı deyil. Fazil Mustafanın həmin müsahibəsini təqdim edirik:

- Sizcə, Rüstəm İbrahimbəyov “biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq” fikrində nə dərəcədə haqlıdır?

- Biz Ermənistanla, ermənilərlə o vaxta qədər düşmənik ki, torpağımızı işğaldan azad etməyiblər. Bizə qarşı törətdikləri cinayətləri boyunlarına almayıblar. Bütün bunları etiraf edənə qədər biz ermənilərlə düşmənik. Bundan sonra niyə düşmən olmalıyıq ki? Bütün bu problemlər çözülməyibsə, bizim onlarla dost olmağımıza heç bir çözüm yoxdur”.

- İndiki halda işğalçı Ermənistanla dostluğumuz hansı halda mümkün ola bilər?

- Həm Ermənistan dövləti, həm də erməni xalqı bizə qarşı törətdikləri cinayətə görə bizə üzrxahlıq etməlidirlər. İşğal etdikləri torpaqlarımızı geri qaytardıqdan sonra bəlkə biz onlarla dostluq nəğmələri oxuya bilək. İndiki şəraitdə isə bizim bu millətlə dostluğumuz haqqında danışmağımızın heç bir mənası yoxdur. Bəzən biz fikirləşirik ki, xalqın burada günahı yoxdur. Xalq burada neyləsin?! Amma bütövlükdə bu proseslərdə xalqın içindən çıxan qaragüruhun, xəstə təxəyyüldə olan insanların yaratdığı ab-havanın faciəsindən söhbət gedir. Burada onların yaratdığı mühit əsas müzakirə mövzusudur. Aqressiv xalq heç vaxt başqa ölkə torpaqlarını işğal etmirlər. İndi ermənilərlə dost olmaq haqqında fikirləri səsləndirmək xeyli tezdir”.



- Bəs kinorejissor, cümləsinin birinci tərəfində nə dərəcədə haqlıdır?



- Azərbaycan xalqı erməni xalqı ilə düşmən deyil. Rüstəm İbrahimbəyov onu düz deyir. Amma ermənilər daxilən özlərini bütün türklərə düşmən hesab edirlər. Bu reallıqdır. Bunu dəyişmək olarmı? Biz ermənilərə düşmən olmadığımızı bilirik. Bəs onlar bunu başa düşürmü? Biz özümüzə qarşı olan düşmənçiliyi zəiflətmək üçün müəyyən addımlar atırıq. Azərbaycan xalqına düşmən deyil. Onlar isə bütün türk dünyasına düşməndirlər. Uşaqlarının belə beynində onlar bu auranı formalaşdırmaqdadırlar. Ona görə də onların dərsini vermək lazımdır ki, düşmənçilik barədə düşünməsinlər.

- Çox sağ olun Fazil bəy.

- Buyurun, siz sağ olun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.