“Desə ki, qələt eləmişəm, bağışlayın...” – Deputatın təklifinə cavab

11-04-2015, 11:42           
“Desə ki, qələt eləmişəm, bağışlayın...” – Deputatın təklifinə cavab
“Kimliyindən asılı olmayaraq, əgər bizim qanunlarımızı, konstitusiyamızı qəbul edirsə, birgə yaşayış qaydalarına əməl edirsə və Azərbaycana qarşı heç bir cinayət törətməyibsə, o Azərbaycana müraciət etdiyi halda ölkəmizin vətəndaşlığa qəbul olunması məsələsinə baxmaq olar”

Bunu AzVision.az-a açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov ölkəmizə keçən ermənilərə vətəndaşlıq verilməsi məsələsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bu məsələni qanun çərçivəsində müzakirə etmək olar:

“Onlar həmişə nankorluqla məşğul olublar. Ancaq indi ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçən əsgərin şəxsində bu gün onun kimi düşünən ermənilərin sayı çoxdur. Azərbaycana tabeçilik göstərib, qanunlarını qəbul edib vətəndaşımız olmaları haqqında müraciət etsələr, yenə Azərbaycan qanunları çərçivəsində bu məsələyə baxa bilər. Başqa şərtlər daxilində mümkün deyil. Bu qanun tərəfidir”.

Millət vəkili şəxsi düşüncələri də gizlətməyib. Bildirib ki, o, ermənilərə vətəndaşlıq verilməsinn qəti əleyhinədir: “Biz torpaqlarımızı işğaldan azad edəndən sonra da Azərbaycanda heç bir erməniyə vətəndaşlıq verilməsinin tərəfdarı deyiləm. Erməni əlini qaldırıb desə ki, “qələt eləmişəm, məni bağışlayın, sizin qanunları qəbul edirəm”, yenə onun da vətəndaş qəbul olunmasının tərəfdarı deyiləm. O, Azərbaycana sevgisindən bunu xahiş etmir. Ağ bayraq qaldıran əsgər bizi istədiyindən deyil, oradakı zülmdən başını götürüb bura qaçıb. Həyatını xilas etmək üçün bizim ölkəmizə keçib. Erməni zəif olanda hamının qulu olub. Erməni bir balaca güclənəndən sonra hamıya ağalıq etmək iddiasında olub. O, bir balaca dirçələndən sonra buynuzlarını göstərəcək. Ən yaxşısı ermənisiz Azərbaycan qurmaqdır”-deyə Milli Məclisin üzvü vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin iclasında millət vəkili İqbal Ağazadə və Zahid Oruc Azərbaycana keçən ermənilərə vətəndaşlıq verilməsini təklif edib. Bu təklif parlamentdə bir mənalı qarşılanmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.