DTK zirzəmilərindən qalxan kişi... - MÜSAHİBƏ
25-06-2015, 22:48
1990-cı illərin ortalarında "Azərbaycan" nəşriyyatının pilləkənlərində bir ayağında ayaqqabı əvəzinə çəkələk olan, qış aylarında başında qulaqlı qalın papaq, əllərində əlcək, arıq, yaşlı bir kişiyə rast gəlmək olardı. Çoxları, hətta bəzi baş redaktorlar otaqlarında qəbul etməyi, ona buraxılış vərəqəsi yazdırmağı özlərinə yaraşdırmazdı. O ağsaqqalı tanımaq, onunla həmsöhbət, yol-yoldaşı olmaq xoşbəxtliyi bu sətirlərin müəllifinə də nəsib olmuşdu. Tanımayan heç kəsin ağlına gəlməzdi ki, Kremlin qılıncının dalı-qabağı kəsdiyi zamanlarda bu insan SSRİ boyda imperiya əleyhinə gizli təşkilatın rəhbəri, Xudu müəllim, məşhur kimyaçı Yusif Məmmədəliyev kimi yüksək zəkalı insanlar isə onun müavinləri olmuşlar.
Bayaqdan haqqında bəhs etdiyimiz naməlum kəs 1957-ci ildə əsası qoyulmuş Milli Azadlıq Qərargahı adlı gizli milli mason təşkilatının lideri olmuş Oqtay Rəfili (Eldəgəz) idi... Qəhrəmanımızın Abşeronun ən qədim məntəqələrindən biri - keçmişdə Xilə adlanan Əmircan qəsəbəsində köhnə beşmərtəbənin 3-cü qatında yaşayan ömür-gün yoldaşı Rəfiqə xanım qarşımıza pürrəngi çay, öz əlləri ilə bişirdiyi Abşeron qutabı qoyur...
- Rəfiqə xanım, rəhmətlikdən cismən ayrılığımızdan artıq 12 il ötür. Təəssüf ki, bu xaotik proseslər və bitməz-tükənməz informasiyalar burulğanında Oqtay əfəndi (rəhmətlik insanlara əfəndi deyə müraciət edər, özünə də belə deməyi xoşlardı) barəsində bəzi məqamları unutmuşuq. Gəldik ki, ömür-gün yoldaşı kimi bizə bacardığınız qədər bələdçilik edəsiz...
- Deyim ki, bəlkə də siz məndən çox bilirsiz onun barəsində. Çünki Oqtay müəllim cavanlığında gördüyü gizli ictimai-siyasi işlər barədə evdə bir kəlmə də danışmırdı. İnanırsız, mən onun fəaliyyəti haqqında çox şeyləri ölümündən bir neçə gün öncə evdə müsahibə verdiyi vaxt öyrəndim.
- Uşaqlığı barədə nə danışırdı?
- Uşaqlığı ağır keçib. Çünki atası 1941-ci ildə vəfat edib. Odur ki, məktəbə də çox gec gedib. Amma atası əvvəl kənd soveti sədri, Bilgəhdə sovxoz direktoru işləyib. Oqtay müəllim ana tərəfdən Bakıxanovlar nəslindəndir. Tələbəlik illərində tanış olmuşuq. Qardaşım da onunla bir oxuyub. 1971-ci ildə evlənmişik. Səhv etmirəmsə, elə həmin il də həbs edilmişdi. O vaxtadək Oqtay müəllimin fəaliyyəti haqda ciddi məlumatım yox idi...
Bu yerdə Oqtay əfəndi ilə redaksiyada işləyə-işləyə, yaxud onu avtobus dayanacağına yola salarkən etdiyimiz söhbətlərin çoxunu qeydə almamağımızdan heyfsilənərək yaddaşımda qalanları çözələyir, 2000-ci ildə verdiyi müsahibəsindən maraqlı məqamları oxuyub xəyalən onunla söhbətləşirəm:
"...1957-ci ildə hərbi xidmətdən qayıtdım. Həmin il universitetə daxil ola bilmədim. Amma yenə ciddi hazırlaşırdım. Bir dostumla Axundov kitabxanasından çıxıb küçə ilə gedəndə bir nəfəri göstərib dedi ki, bu, Xudu Məmmədlidir. Ayaqüstü tanış olduq. Xudu əfəndi ilə tanışlığımızın yadda qalan olması məqsədi ilə pərəstişkarı olduğum Füzulidən bir beyt dedim. Tələsməsinə baxmayaraq xahiş etdi ki, ardını da deyim. Füzuli bizim tanışlığımız üçün möhkəm bir körpü oldu. Elə bir körpü ki, biz 25 il boyu bu körpünün enini-uzununu gedə bildik. Füzuliyə məhəbbət xalqa məhəbbətə çevrildi... Onunla xalqımızın taleyi ilə bağlı uzun-uzun söhbətlərimiz olurdu. Bir dəfə Əlyazmalar İnstitutunun yeməkxanasında yəhudilərdən danışdıq. Dedim ki, bütün sarsıntılara, təzyiqlərə baxmayaraq bu xalq öz milli-mənəvi dəyərlərini qoruyub saxlaya bilib. Bəlkə biz də yəhudilərin mübarizə təcrübəsindən yararlanaq. Mənim yəhudi masonçuluğu haqda söhbətlərim Xudu əfəndini də, yanında olanları da çox maraqlandırdı. Bu mövzuda bir neçə gün söhbət etdik. Xudu əfəndi ilə söhbətimizin digər iştirakçıları isə kimyaçı, akademik Yusif Məmmədəliyev, görkəmli tarixçi Əlisöhbət Sumbatzadə idi...
- Bəs masonçuluq nədir, Oqtay əfəndi?
- Qədim ivrit dilində "mason" bənna deməkdir. 783-cü ildə Quzey Fələstində, indi yəhudilərin Qaliuleya adlandırdıqları bölgədə İsa peyğəmbərin doğulduğu Nazaret şəhəri ərazisində gözəl binalar inşa etmiş yəhudi usta bənna Adinholm Aaron öz bənna dostlarıyla seçilmə sözlərdən, ifadə və peşə şivələrindən yararlanaraq xüsusi ünsiyyət dili icad edir. Və bu minvalla bənna icmaları formalaşır. Sonra yəhudi milyonçular bənnaların əlaqə sistemini, danışıq jestlərini öyrənib öz aralarında tətbiq edirlər. Və beləliklə, dünyada ilk dəfə yəhudi masonçuluğu yaranır. Masonçuluğun məqsədi ərazisində yaşadıqları hər hansı dövlətin başı üzərindən yəhudilərin maraqlarına, gələcək birliyinin yaranmasına uyğun siyasət həyata keçirməkdir. Belə təşkilatlar elm, təhsil, səhiyyə, mədəniyyət, hərb və s. sahələrdəki nümayəndələrin qurduğu şəbəkələrdən ibarət idi. İkinci mason təşkilatı İtaliya, üçüncü mason təşkilatı isə İngiltərə tarixi ilə bağlıdır...
- Deməli, siz yəhudi masonçuluğunu Quzey Azərbaycan gerçəkliyinə tətbiq etmək niyyətinə düşdünüz?
- Elədir ki, var. 1957-ci ilin sonunda universitet professorlarından birinin evində heç bir xarici gücdən asılı olmayan qeyri-rəsmi ümummilli mason təşkilatını yarada bildik. Bir neçə nəfərdən ibarət şura formalaşdırdıq: daxili işlər nazirinin I müavini, sonradan öz kabinetində qətlə yetirilmiş Səlahəddin Kazımlı, Ə.Sumbatzadə, milyonçu Zülfü bəy, bir də özüm... İlk dəfə gücümüzü 1958-ci ilin məşhur Sumqayıt mitinqində göstərdik. Həmin vaxt Sumqayıtın ilk qurucularından biri Şəhər Partiya Komitəsinin I katibi işləyən Mirzəyəhya Məmmədli mənim dayım idi. Tez-tez dayımın yanına gedib-gəldiyimdən Sumqayıt mühiti ilə yaxşı tanış idim, əhalinin gün-güzəranına bələd idim. Orada mitinq keçirməyi şurada təklif edəndə əvvəlcə hamı güldü. Lakin israr edərək planımı onlara açıqladım. Məsələ ondan ibarət idi ki, sovet vaxtı dövlət bayramlarından, o cümlədən 9 may "Qələbə günü"ndən iki gün əvvəl böyük şəhərlərdə mitinqin məşqləri keçirilirdi. Həmin vaxt Sumqayıtın Lenin meydanına 6-7 min adam yığışardı. Biz də bundan istifadə etməklə camaata qarışıb tribunaya qalxdıq və cəmi 20 dəqiqədə qısa çıxışlar edərək Kommunist Partiyasının düzgün siyasət yeritməməsindən, Mərkəzi Komitədəki biabırçlıqlardan, yoxsulluğun artmasından danışıb dağılışdıq. Ancaq milislər camaatı dağıdarkən bizlərdən mən və digər üç nəfər arxada qaldıq. Onlardan biri də hələlik adını çəkə bilmədiyim məşhur şairəmiz idi. Milislər bizi tutdu. MAQ Ali Şurasının tanınmçış üzvlərinin mitinqdə görünməsini məsləhət görməmişdik. Yalnız Ə.Sumbatzadə meydanın qarşısındakı oteldən mitinqi izləyirmiş..."
Sumqayıt mitinqində tutulmuş MAQ üzvləri həmin qurumun gizli üzvü olan o vaxtkı Nazirlər Sovetinin sədri Ağasadıq Rəhimlinin köməyi ilə qurtulurlar. O, MK üzvü Kamran Hüseynovu xəlvəti Sumqayıta göndərir. Bir müddət dindirilmədən sonra Oqtay Eldəgəz başda olmaqla 4 maqçı azadlığa buraxılır. Vəziyyət öncədən Oqtay əfəndinin dediyi kimi olur. Sovet hökuməti Sumqayıt etirazları haqqında informasiyanın hər vəchlə ölkənin digər regionlarına və xaricə sızmasının qarşısını almağa çalışır. Amma milli masonların ilk həmləsi uğurlu olur. Oqtay Eldəgəz həmişə bu haqda qürurla danışardı:
"Bir aydan sonra Sumqayıtda fəhlələrdən tutmuş müəllimlərədək hamının maaşını qaldırdılar. Hətta milisin də məvacibi 2,5-3 dəfə artırıldı. Şura üzvlərini cəlb etməmək şərti ilə 1960-cı ilin mayında ikinci mitinqi də keçirdik. Bu mitinqdə sosial məsələlərlə yanaşı, siyasi tələblər də qoyulmuşdu. Xalqımızın adının bərpası, azərtürk dilinin dövlət dilinə çevrilməsi, bütün ali məktəb və texnikumlarda rus dilinin yalnız könüllü tədrisi tələb olunurdu. Azərbaycan KPMK-nın 14 may 1962-ci il tarixli plenumunda rəhmətlik I katib Vəli Axundlu irəli sürdüyümüz məsələləri partiya təşkilatının tələbi kimi ortaya qoydu. Nəticədə xalqımız azəri adlandırıldı, həmin ilin sentyabrında rus dilinin könüllü tədrisi gerçəkləşdi..."
Haqqında Azərbaycan tarixi dərsliklərində(Azərbaycan tarixi, cild VII, s.146. Azərbaycan tarixi XI sin. s. 123) yalnız bir neçə cümlə verilmiş Milli Azadlıq Qərargahı (MAQ) 1957-ci ildən bu yana Azərbaycan üçün böyük işlər görə bilmişdi...
Rəfiqə xanım MAQ-ın yaranması barədə Oqtay əfəndidən eşitdiklərini xatırlayır:
- Onlar "Azneft"də məşhur Zülfünün çayxanasında yığışırmışlar. Özü də bir-bir gəlirmişlər çayxanaya. Söhbətlərinin sonunda bir-bir də çıxırmışlar ki, şübhə yaranmasın... 1956-1957-ci illərdən təşkilat formalaşmağa başlayır. 1962-ci ildə isə artıq MAQ rəsmiləşir.
Oqtay əfəndinin dediklərindən: "1962-ci dekabrın 17-də gecə saat 11-də Zülfünün təkidi ilə qapılar bağlandı və çayxanada yığıncaq başlandı. Osman Sarıvəllinin təklifi ilə təşkilatın adını Milli Azadlıq Qərargahı qoyduq. Cəmi 16 yerlik çayxanada 95 nəfər yığışmışdıq. Zülfünün pul gücünə ələ aldığı DTK və milis işçiləri çöldə keşik çəkirdilər."
Oqtay Əfəndinin sözlərinə görə, MAQ-ın yığıncaqlarında "Məmməd Araz, Bəxtiyar Vahabzadə, cavanlardan Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və b. da iştirak edirmişlər... MAQ sovet dövrünün amansız təhlükələri şəraitində 11 respublika əhəmiyyətli taleyüklü əməliyyat keçirmiş, daşnak ermənilərin və şovinist rusların namuslu azər-türklərlə əvəzlənməsi ilə müşayiət olunan 17896 vəzifə yerdəyişməsi, 23 475 yeni vəzifəyə təyinetmə, yüz minlərlə şikayət üzrə tədbirgörmə və s. həyata keçirmişdir.
Təəssüf ki, sonradan adlarını çəkmək istəmədiyimiz bir neçə "ziyalı"nın xəyanəti nəticəsində Oqtay Eldəgəz dəfələrlə həbs edilmiş və üst-üstə 5 il 6 ay sovet DTK-sının zirzəmilərində yatmışdır. Azərbaycan üçün göstərdiyi xidmətlərin "əvəzi" olaraq sovet çekistləri onun ayağına xüsusi iynə vuraraq ömürlük müalicəsi olmayan göbələk xəstəliyinə düçar etmişlər. Nəticədə milli masonçuluq lideri əl və ayaq dırnaqlarını itirmişdi. Bilməyənlər bilsin ki, yazımızın girişində təsvir etdiyimiz "Azərbaycan" nəşriyyatının pilləkanlarını ağır-ağır, dayana-dayana qalxan kişinin niyə əllərində əlcək, bir ayağında isə ayaqqabı əvəzinə çəkələk var imiş... O kişi sovet DTK-sının zülmət zirzəmilərindəki əzablı labirintlərindən keçib yuxarı qalxırdı...
MAQ-ın fəaliyyətinə 1982-ci ildə xitam verilib. Oqtay Eldəgəz 5-7 aprel 2000-ci il tarixli "Ədalət" qəzetində yazırdı: "1982-ci il dekabrın 12-də Xudu əfəndigildə- Surxay kişinin təpə üstdəki mənzilində Şura guzli səsvermədən sonra inqilabi təşkilatımızın qapanmasını gerçəkləşdirdi. Mənfur SSRİ məkanını lərzəyə salıb dağıdan Azadlıq Meydanı hərəkatı MAQ-ın varisi olduğunu isbata yetirdi..."
Rəfiqə xanımla söhbətimizi Oqtay Eldəgəzin 1988-ci il Meydan Hərəkatında iştirakından danışmaqla davam etdiririk:
- Yadımdadır ki, Oqtay müəllim 1988-ci ilin noyabrın 15-də Sabir bağında keçirilmiş mitinqdə çıxış etmiş və demişdi ki, bura mitinq üçün çox kiçikdir, keçmiş İblis (oxu:Lenin-S.L.) adına meydana - Azadlıq meydanına gedək. Sonra Meydandakı mitinqlərə gedirdi, bizi də aparırdı. Hər axşam uşaqlarla, rəhmətlik oğlumuz Atatürklə oturub sabahkı mitinqə hazırlaşardı. Onlara Azərbaycan bayrağı düzəldərdim. Səhər gedərdilər meydana. Amma meydanda heç vaxt tribunaya qalxıb çıxış etməzdi. Tribunanın altında dayanardı. Deyirdi ki, indi daha gənclərin meydanıdır. Biz öz işimizi gördük...
- Bilirdik ki, yazılarını çox vaxt makinada yazır, bizə yalnız çap formasında yazı gətirərdi. Yaradıcılığının başqa hansı özəllikləri vardı?
- Onun məqalə yazması çox maraqlı idi. Gəncliyində arxivlərdə çox işləmiş, müxtəlif tarixi mənbələri ələk-vələk etmişdi. Odur ki, hər şeyi öz zəkasına, yaddaşına əsaslanıb yazardı. Heç qaralama da etmirdi. Ona görə də Oqtay müəllimə "canlı ensiklopediya" deyərdilər. O, evdə özünün ortaya çıxardığı əski Azərbaycan sözlərini işlədərdi. Məsələn, gengörüm - televiziya, altavar - metro, sərinkeş -ventilyator, yelçəkər - "skvoznyak", gündəc -qəzet və s.
2001-ci ilin apelində oğlu Atatürk gözlənilmədən həlak olması da Oqtay əfəndini çox sarsıdır. DTK-dan "yadigar" qalan ayağındakı yaralar çürümə verir, keçmiş dostu, professor Nurəddin Rza ayaqlarının kəsilməsini təklif edir. Buna razılıq verməyən Oqtay Eldəgəz 2002-ci il mayın 15-də Atatürükün yanına köçür...
2011-ci ilədək orta məktəbdə kitabxanaçı işləyən Rəfiqə xanım 2012-ci ildə ağır qəzaya düşüb, xeyli xəstə yatıb. O vaxtdan da yalnız pensiya ümidinə dolanır. Qızlarından biri uşaqları ilə bərabər yanında qalır. Bütün bu çətinliklərə rəğmən ömür-gün yoldaşının ölümündən sonra onun 1960-cı illərdən bəri müxtəlif qəzet və jurnallarda çap edilmiş məqalələriini toplayıb kitab şəklində nəşr etdirməyi qarşısına məqsəd qoyur. Ağır zəhmətə qatlaşaraq Oqtay Eldəgəzin yazılarını bilgisayara yığır və çap üçün para toplayır... Nəhayət, 2013-2014-cü illərdə MAQ liderinin bu günkü və gələcək nəsillər üçün böyük töhfə olan 4 kitabı ("Otuz yeddilər istintaqı", "Borcumu ver, Rusiya!", "Poladdan bir yarpaq" və "Fələstin üçbucağı") işıq üzü görür... 2014-cü il noyabrın 21-də Əmircandakı S.Bəhlulzadə adına Mədəniyyət sarayında bir sıra ziyalı və yazarların, eləcə də Oqtay əfəndinin şagirdlərinin iştirakıyla MAQ liderinin 80 illiyi ilə yanaşı həmin qiymətli kitabların təqdimat mərasimi də keçirilir...
Rəfiqə xanımdan Oqtay əfəndinin son günlərində vəsiyyət edib-etmədiyini soruşuruq.
- Rəhmətlik ailəsi, övladları barədə heç bir vəsiyyət etmədi. Ölümündən bir gün öncə Bəxtiyar Vahabzadə və Asif Mərzili gəlmişdi. Onlara belə bir vəsiyyət etdi:"İnşallah, torpaqlarımız alınanda Xudu Məmmədlinin Ağdamın Mərzili kəndindəki evini ziyarət edib mənim əvəzimə həyətindən su içərsiniz...".
Sultan Laçın