Vahid Əziz AMEA-nın Dilçilik İnstitutunu “topa tutdu”: “... özüm xəcalət çəkirəm”

13-04-2015, 22:11           
Vahid Əziz AMEA-nın Dilçilik İnstitutunu “topa tutdu”: “... özüm xəcalət çəkirəm”
“Prezidentin də dilin inkişafı ilə bağlı sərəncamı var. Dil cəmiyyət üçün çox əsas meyardır. İndi mənə deyin görüm, bu qədər obyektlər, restoranlar tikilir, hansının üzərində Azərbaycan dilində bir söz var? Harada bir uydurma söz varsa, tapıb gətirirlər. Əvvəllər Bakı şəhər Reklam Departamenti fəaliyyət göstərirdi. Orada dilə nəzarət bölməsi də var idi. Mən də ora rəhbərlik etmişəm. Sonra məni çıxartdılar. O iş Yazıçılar İttifaqının katibi olmuş Vahid Əzizin ixtisasına guya uyğun gəlmədi. Bunlar elə bilirlər ki, özgənin konfeti şirin olur. Dəfələrlə demişəm, hər dəfə mütləq “eksklüziv” sözündən, “analoqu olmayan” ifadəsindən istifadə edilməlidir? Vətəndaş öz dilini bilməzmi?!”.

Bunu Modern.az saytına açıqlamasında tanınan şair, şeirlərinə ən çox mahnı bəstələnən müəlliflərdən biri- Vahid Əziz Azərbaycan dilinin bugünkü vəziyyəti barəsində danışarkən bildirib. O, “dil qurumları, xüsusən də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dilin mühafizəsi ilə bağlı hansı işləri görməlidir” sualını da cavablandırıb. Şair instituta heç bir təklif vermək istəmədiyini, dilçi alimlərə nəsə təklif verməyin artıq olduğunu da bildirib:

“Mən indi gedim professora dil öyrədim?! Hərdən elə bir vəzifə adı eşidirsən ki, o vəzifənin adında bir dənə də olsun Azərbaycan sözü yoxdur. Dil dövlət səviyyəsində qorunmalıdır. Mən efirdə dəfələrlə demişəm. Deyirəm ki, niyə belə edirsiniz?! Kimdir sayan? Kim kimi sayır ki, indi?! Hərdən televiziyada elə alimlər danışır, özüm xəcalət çəkirəm. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında normal adam durub attestasiya keçirsə, onda gərək dilçi alimlərin 70 faizinin diplomları əlindən alınsın. Onlar ayrı işlə məşğuldurlar. Bu gün Elmlər Akademiyası elmlə yox, elmsizliklə məşğuldur. Sabir düz deyirdi: “İşi iş bilənə tapşırmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.