“Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!...” – Jurnalistləri söyən alim
2-04-2018, 13:45
Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov KİV-lərdə jurnalistin "Azərbaycanda bir dənə də olsun jurnalistin olmadığını” söyləyib, onları "bezdarnı”, "savadsız”, "heç nəyə yaramayan” və sonda "küçük” adlandırması məsələsinə yenidən münasibət bildirib.
teref.az onun unikal.org-a məsələ ilə bağlı verdiyi qısa müsahibəni təqdim edir:
- KİV rəhbərlər sizdən dediyiniz ifadələrə görə, üzürxahlıq gözləyir. Dediyiniz tənqidi ifadələrin üzərinə durursunuzmu?
- Xeyr. Mən emosional olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım, deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır. Mən "küçük” ifadəsini də bir jurnalistə həvalə edirəm. O adam məni doğurdan da biabır edib. Guya mən demişəm ki, "Bakıda qar yağmayacaq”.
- Nə üçün bir jurnalistə görə, bütün mətbuatda çalışanları təhqir etdiniz?
- Bir daha deyirəm emosional idim. Mən heç vaxt deməmişəm ki, Bakıda qar yağmayacaq. O adam mənim adımdan məqaləni yayımladıqdan sonra, Qeyri Hökumt Təşkilatının bir nümayəndəsi var, ondan da münasibət alıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu yəqin ki siz də tanıyırsınız?! O adam həm ekalogiya, həm də ginekalogiyadan danışır. Ünvanıma deyib ki, "ölsün yerə girsin ki, belə akademik gör nə deyib?” Mən bu sözə görə, səhərə kimi yatmamış, mətbuata çox əsəbləşmişdim.
- Siz mətbuatda savadlı hansı jurnalistləri tanıyırsız?
- Əlbətki Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mirşahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var.
- Belə çıxır ki, cavan jurnalistlərə qarşı hörmətiniz yoxdur?
-(Gülür) Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın? Mən bütün jurnalistlərə açıq adamam. Təəssüflər olsun ki, əsəbi vaxtıma düşdüyü üçün xoşa gəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonas doğuracağını da gözləmirdim.
- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuatda gedən ifadələrimə görə, mənə irad bildirdi. Vurğuladı ki, siz gərək bu ifadələri işlətməyərdiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu.
- Bəs siz nə dediniz?
- Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!...
- Sosial şəbəkələrdə sizin bu fikrinizi başqa cür şərh edənlər də var. Bildirilir ki, Ramiz müəllim içkili olduğu üçün bu fikirləri səsləndirib. Bəlkə içkili olmusunuz?
- (Gülür) Mənim yaşım o yaş deyil. Son vaxtlar 50 – 100 qramdan artıq içmirəm.