Qırğızıstanın keçmiş prezidenti hazırkı dövlət başçısını hədələdi:“Səni mən yaratmışam, mən də batıracağam” – Müsahibə

3-04-2018, 23:05           

Qırğızıstan hakim Sosial-Demokrat Partiyasının (QSDP) qapalı qurultayında ölkənin keçmiş prezidenti Almazbek Atambayev öz varisi Sooronbay Jeenbekovu topa tutub.

Onu avtokratiya, korrupsiya və seçkili siyasi platformadan uzaqlaşmaqda ittiham edib. Hətta deyib ki, “Səni mən yaratmışam, mən də batıracağam”.

Qırğızıstanın keçmiş prezidenti beləliklə vəzifədən gedəndən və səlahiyyətləri “öz adamına” verəndən 4 ay sonra siyasətə dönüb.

Qırğızıstanda nə baş verir, postsovet məkanının ən qeyri-sabit ölkəsindən nə gözlənilir?

Müxalifətçi, Qırğızıstan parlamentinin keçmiş deputatı Ravşan Jeenbekovun bu yöndə Rusiya nəşrinə – EADaily.com-a müsahibə verib.

Həmin müsahibəni strateq.az-ın oxucularına təqdim edirik:

– Deməli, Almazbek Şarşenoviç və Sooronbay Şaripoviç nədən dalaşıblar?

– Keçmiş prezidentin hesabı sadəydi – düşünürdü ki, ona qarşı minnətdarlıq hissiylə dolu yeni prezident ona dediklərinin hamısını yerinə yetirəcək. Yəni Atambayev ölkəni öz iqamətgahından yönəltməyi planlaşdırmışdı. Ola bilsin, bu cür ssenari başqa ölkələrdə işə keçir, amma Qırğızıstanda durum başqadır, burada ssenari traybalizm və bölgəçilik problemlərinə dirəndi. Sooronbay Jeenbekovun komandası Atambayevə qarşı öz şərtlərini irəli sürdü – kadr, maliyyə, əxlaqi. Münaqişə yarandı. Jeenbekov Atambayevlə razılaşdırmadan öz xəttini aparmağa başladı. Məsələn, ölkədəki total rüşvətxorluq, bununla heç kimin mübarizə aparmadığı haqda danışdı, çünki korrupsiya məhkəmələri və güc qurumlarını korlayıb. Bu, korrupsiya ilə mübaruizə haqda 7 il boyu “məruzə edən” Atambayevin mənliyinə güclü zərbəydi. Atambayev QSDP qurultayında bildirdi ki, Jeenbekov inkişaf vektorunu dəyişmək niyyətindədir – parlamentarizmdən güclü prezident hakimiyyətinə sarı. Bu, mümkündür. Və ehtimal ki, bu, keçmiş və fəaliyyətdəki prezidentlər arasında daha bir fikir ayrılığı olub.

-QSDP lideri Almazbek Atambayev ölkədə siyasətə nə qədər təsir edə bilər?

-Onun, məsələn, Baş Prokurorluq, Milli Güvənlik Xidməti, maliyyə polisi kimiciddi tresursları, təsir rıçaqları hələ də qalır. Amma Jeenbekovun tərəfini tutan parlamenti itirib. Bu haqda aşkar elan olunmayacaq, amma o, prezidentin tərəfindədir.

-Bu qayda ilə hakim QSDP-də də parçalanma baş verib?

-Bəli. Partiyanlın özü bunu boynuna almayacaq, amma Qırğızıstanda nəyisə gizlətmək çətindir – partiya artıq faktiki olaraq yoxdur. Hər halda əvvəlki görkəmində. QSDP əvvəllər milli çaplı partiya sayılırdısa, bu gün Çuy vilayəti hüdudunda bölgə partiyasına çevrilib – QSDP-nin müəyyən dayağı olan Jeenbekovlar qəbiləsi indi öz siyasi təşkilatını yaradacaq.

-Almazbek Atambayev QSDP qurultayının gedişində tələb edib ki, parlamentin keçmiş spikeri – prezidentin doğma qardaşı deputat mandatından əl çəksin. Deputatın Joqorku Keneşdən (Qırğızıstan Ali Soveti-tərc.), prezidentin isə tutduğu postdan getməsini tələb etmək üçün onun hansı əsasları var?

-Düşünürəm ki, indi bu cür dəyişikliklər olmayacaq. Əksinə, prezident Jeenbekov hər şeydən qabaq güc blokunda kadr dəyişikliklərinə girişəcək. Atambayevin onu korrupsiyada, maliyyə natəmizlikləriylə tanınan məmurlarla əlaqədə ittiham etdiyi bu cür aşkar münaqişədən sonra Jeenbekov qətiyyətlə hərəkət edəcək.

-O nə dərəcədə güclüdür?

-Jeenbekov hələlik zəifdir. Amma xalq və məmurlar onu dəstəkləməyə hazırdırlar. O, güc blokunda özünün kadr siyasətini gerçəkləşdirə, hansısa islahatlara hazır olduğunu göstərə bilsə, onda üstünlük ona keçəcək.

-Müxalif meydanda nə olacaq? Müxalifət prezidenti dəstəkləyər? Ya Atambayev özünü prezidentə müxalif elan edəcək, bundan sonra kimin kimin tərəfində olduğunu “mikroskop” altında ayrıd etmək lazım gələcək?

-Hansısa partiya ideologiyasından azad müxaliflərin çoxu Sooronbay Jeenbekovu dəstəkləyir, çünki həmişə Almazbek Atambayevə qarşıydılar. Məsələn, fəaliyyətdəki dövlət başçısıyla artıq fəal əməkdaşlıq edən “Zamandaş” partiyası. Parlament partiyalarının praktik olaraq hamısı Jeenbekovun tərəfindədir. Keçmiş hakimiyyətdən nədəsə incimiş bütün siyasətçilər Jeenbekovu müdafiə edəcəklər. Amma Qırğızıstanda heç nə uzun sürmür. Bütün bunlar da müvəqqətidir.

-Siyasi böhran qaynar mərhələyə keçə bilərmi?

-Əlbəttə, münaqişənin ciddi siyasi böhrana keçməsi ehtimalı var. Almazbek Atambayev – barəsində nə deyirlər, desinlər – peşəkar siyasətçidir. O, yetərincə cəsarətli adamdır. Onun hələ də böyük resursları var – maliyyə, xarici siyasət, Rusiya tərəfdən müəyyən dəstək. O, durumu kəskinləşdirməyə cürət və hakimiyyəti rəqabətə vadar edə bilər. Lakin Jeenbekov “ağırçəkili” sayılan siyasətçilərə – keçmiş müdafiə naziri İsmail İsakov, parlamentin keçmiş spikeri Ahmetbek Keldıbekov, “Ata-Jurt” partiyası lideri Kamçibek Taşiyev, ölkənin şimalında nüfuzlu, keçid dövrünün keçmiş prezidenti Roza Otunbayeva, keçmiş baş nazir Feliks Kulova söykənsə, ona qarşı uğurla dura bilər. Və o, tamamilə sakit duruş gətirəcək və hələ məhkəmə hakimiyyətində, güc qurumlarında islahata başlasa, siyasi böhrandan keçəcək. Jeenebkovda qətiyyət çatmasa və “Atambayevin varisi” kimi sussa, onda eks-prezident təşəbbüsü ələ alacaq. Məlum olduğu kimi, adamlar güclüyə sarı can atırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.