“Deyirlər ki, guya cinsi orientasiyamda problem var” - Vasif Akifli

29-05-2018, 18:42           
“Deyirlər ki, guya cinsi orientasiyamda problem var” - Vasif Akifli
Koordinator: “3 ildir ki, hədə-qorxu altında yaşayıram”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sabiq koordinatoru Vasif Akifli Həcər Kəngərlinin Kəmalə Ağazadəyə qarşı qaldırdığı 7800 manatlıq dələduzluq ittihamından danışarkən deyib. Onun fikirincə, baş verən proseslərdə adının hallanmasına səbəb, Kəmalə Ağazadə ilə ailə dostu olmasıdır:

“Bu hadisələr baş verəndə mən Həcər Kəngərlini tanımırdım. Biz Həcər xanımla bir yerdə işləməmişik. O, sığınacaqdan işdən çıxarılandan sonra mən bura gəlmişəm. Amma bu proseslərdən sonra gözə görünməyən qüvvələr həmin xanımla əlbir olub mənim ictimai nüfuzuma xələl gətirirlər. Məqsəd sığınacaqda işləməyim və Kəmalə xanımla yaxın ailə dostu olmağımdır. Müxtəlif zamanlarda şantaj olunuram. Mən heç kəsdən pul almamışam və kimisə işə götürüb, çıxartmaq kimi səlahiyyətim də olmayıb. Elə isə mən niyə bu məsələlərdə təhqir olunuram? Düşünün, məhkəmə başlayandan mən öz övladımı məktəbə aparıb, məktəbdən götürə bilmirəm. Nədir ki, onun mənim övladım olmasını bilən olmasın. Artıq mən bu insanlardan hər şey gözləyirəm. Kəmalə xanımın evinə başı kəsilən ilan atılıb. Bu gün ora atılan ilan sabah mənim də evimə atıla bilər. Ətrafımdan, ailəmdən və övladımın taleyindən narahatam. İstəlinən zamanlarda istəlinən formada təhqir olunuram. Məqsədləri məni ləkələməkdir”.

Vasif Akifli Həcər Kəngərlini məhkəməyə verəcəyini bildirib:

“Ünvanıma təhqiramiz ifadələr işlətdiyinə görə mən onu məhkəməyə verəcəm. Tələb edəcəm görüm, o, məni məhkəmə zalında şahidlərin yanında hansı əsasla həbslə hədələyir? Proseslər başlayandan ünvanıma deyilməyən şər-böhtan qalmayıb. Buna görə ailəm dağıldı. Gah dedilər cinsi orientasiyamda problem var, guya məni müxtəlif vəzifəli şəxslər saxlayır, narkotik istifadəçisi və pedofiləm. Bilmirəm, burada yaşayan uşaqların hüquqlarını qoruyum, yoxsa öz haqqlarımı? İnsanın bir dayanan yeri olmalıdır. Anam yaşında arvadların ər davalarında mən bu gün istifadə olunuram. Get problemini ərinlə həll elə. Qoy məni şərləyənlərin özləri də qanun qarşısında cavab versinlər”.

Qeyd edək ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə dələduzluqda və rüşvət almaqda ittiham olunur. Birlik sədri Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.