Radovan Karaciç ömürlük həbs cəzasına məhkum edildi

21-03-2019, 10:52           
Radovan Karaciç ömürlük həbs cəzasına məhkum edildi
Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə tribunalının hakimləri 1990-cı illərdə Balkan müharibəsi zamanı kütləvi qırğınlar və digər vəhşiliklər törədən Bosniya serblərinin sabiq lideri Radovan Karaciçə qarşı ömürlük həbs cəzası hökmü çıxardı.

Apellyasiya məhkəməsi Karaciçə qarşı bundan əvvəl 1995-ci ildə Srebrenitsada soyqırım ittihamına görə irəli sürülən 40 il həbs cəzasının yülgül olduğunu deyərək, onun qəddarcasına törətdiyi cinayətlərinin sistematik olduğunu bildirib.

Hakim Vayn Yoensen hökmü oxuduqdan sonra müharibədən sağ çıxanlar qərarı ayaq üstündə, sürəkli alqışlarla qarşılayıb. Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə tribunalının qərəzli olduğunu deyən Karadiçin üzündə isə heç bir emosiya yox idi.

Beş nəfərdən hakim heyəti törətdiyi cinayətlərin qeyri-adi ağırlığı və miqyasınəzərə alınarsa Karadiçə qarşı çıxarılan 40 il həbs cəzasının çox yüngül olduğu qərarına gəlib.

73 yaşlı Karaciç 2016-cı ildə Serebrenitsa şəhərində 1995-ci ilin iyul ayında Bosniyanın serb separatçıları ilə birlikdə 8000-dən çox müsəlman kişi və oğlanın qətlində ittiham edilir. O, eləcə də serblərin iddia etdiyi ərazilərdəki xorvatlara və müsəlmanlara qarşı etnik təmizləmədə günahlandırılıb.


Çərşənbə günü çıxarılan hökm yekun hökmdür və bu hökmlə bağlı apellyasiya şikayəti verilə bilməz.

Bu qərar xüsusilə etnik icmaların ayrı yaşadığı Bosniyada Karaciçi hələ də qəhrəman sayan bosniyalı serblərin yaşadığı keçmiş Yuqoslaviyada böyük rezonansa səbəb olacaq.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.