ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

1-11-2019, 04:56           
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İranın tikinti sektorunu, nüvə və raket proqramları üçün istifadə edildiyi güman olunan bir sıra materialları siyahıya əlavə edərək bu ölkəyə qarşı sanksiyaları genişləndirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin xəbərində deyilir.

Bununla bağlı yayılan müvafiq sənəddə bildirilir ki, dövlət katibi Maykl Pompeo İran rejiminin nüvə proqramına qarşı məhdudiyyətlər tətbiq etməkdə davam edir. Qərar İranın nüvə proqramı arxasında müşahidəni saxlamağa, yayılma risklərini azaltmağa, nüvə silahının əldə edilməsi üçün "sıçrayış vaxtı"nı azaltmağa kömək edəcək.

Xüsusi halda, sanksiyalara İran İslam İnqilabı Keşikçiləri Korpusunun açıq-aydın və ya qismən nəzarət etdiyi tikinti sektoru düşüb. Bununla əlaqədar İrana işlənməmiş və ya yarımişlənmiş metalların, qrafitin, kömürün satışı, çatdırılması və ötürülməsi qadağan edilir.

Bundan başqa, qadağalar materialların (polad boru növləri, folqalar və s.) dörd növünə də tətbiq edilir, hansılar ki, ABŞ-ın fikrincə, nüvə və ya raket proqramlarında istifadə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru