Arif Hacılı dəyirmi masa keçirəcək - Əli Kərimli və Cəmil Həsənli görüşə gəlməyəcək

1-11-2019, 11:46           
Arif Hacılı dəyirmi masa keçirəcək - Əli Kərimli və Cəmil Həsənli görüşə gəlməyəcək
Müsavat Partiyasının müxtəlif partiya rəhbərləri və siyasi qüvvələrlə əməkdaşlıq barədə irəli sürdüyü dəyirmi masanın günü bəlli oldu.

AzNews.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib. Başqan bildirib ki, dəyirmi masa noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçiriləcək.

Arif Hacılı qeyd edib ki, bu görüşün məqsədi ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaqdır: "Mümkün olarsa, bəzi razılaşmalar öz təsdiqini tapacaq".

Görüşdə iştirak edəcək siyasilərin adları mətbuata açıqlanıb.

AzNews.az-a daxil olan məlumata görə, həmin şəxslərdən ikisi - AXCP-in sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli görüşdə iştirak etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru