Primakova iithaf edilən tədbir iştirakçılarının "yarpaq tökümü" davam edir - Daha bir deputat imtina etdi...

1-11-2019, 16:29           
Primakova iithaf edilən tədbir iştirakçılarının "yarpaq tökümü" davam edir - Daha bir deputat imtina etdi...
Milli Məclisin deputatı Sevinz Fətəliyeva Bakıda 20 Yanvar qırğınlarının baş ideoloqu Yevgeni Primakova həsr olunmuş tədbirə qatılması barədə iddiaları təkzib edib.

Təkzibdə bildirilir:

Bir-neçə gündür saytlarda və sosial şəbəkələrdə mənim və həmkarlarımın Primakovun 90 illik yubleyi ilə əlaqədar Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində həyata keçirilən tədbirdə iştirakımızla bağlı əsassız, heç bir fakta söykənməyən iddialar irəli sürülür. Məlumatın dəqiqliyini yoxlamadan, başqa bir tədbirdə çəkilmiş şəkli yayımlayaraq, onun əsasında rəylər ifadə etmək qərəzdən başaqa mənzərə yaratmır. Nəzərə alsaq ki, hər üçümüz Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edir və AŞPA-nın nümayəndə heyətinin üzvüyük, yanaşmanın hansı məqsədlə həyata keçirilməsi haqqında aydın təsəvvür yaranır. Bu kampaniyanı həyata keçirənlər unudurlar ki, yalana əsaslanan iddialar heç bir zaman reytinq gətirmir və bütün bunlara cavab dövlətimiz naminə həyata keçirdiyim real fəaliyyətdir. Gəlin xoş məramlı olaraq, dövlətmiz naminə, gələcəyimiz naminə birgə fəaliyyət göstərək, əsassız iddia və cəfəng fikirləri irəli sürənlərə məqsədlərinə çatmağa şərait yaratmayaq!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru