Hansı nazirlər Əli Kərimlini maliyyələşdirirmiş? - ŞOK DETALLAR

1-11-2019, 16:37           
Hansı nazirlər Əli Kərimlini maliyyələşdirirmiş? - ŞOK DETALLAR
“Tarix həmişə hər şeyi öz yerinə qoyur... Əgər hər hansı bir ölkənin vətəndaşları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik məmləkət belə ən böyük dövlət qədər qüdrətli olur”.
Bu fikir ümummilli lider Heydər Əliyevə məxsusdur və bu müdrik kəlam tarixin bütün anlarında öz dəyərini qoruyub saxlayacaq. Zaman keçməsinə baxmayaraq, bəzən düşünürsən ki, sanki tarix təkrarlanır. Bir cəmiyyətin, ölkənin tarixində yaşanan hadisələr sanki yenidən təkrarlanır, yaxud da tarix zaman keçdikcə hər şeyi öz yerinə qoyur. Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etdiyi tarixdən sonra ölkədə baş verən ictimai-siyasi proseslərə və qurub yaratmaq istədiyimiz dövlətimizin üzləşdiyi dövrə nəzər saldıqda görürsən ki, həqiqətən, tarix hər şeyi öz yerinə qoyur. Bu xalqı sevməyən, bu dövləti dağıtmağa çalışan xəbis niyyətli insanların bütün planları zaman-zaman puç edib və etməkdədir.

Ötən əsrin sonunda qurulan dövlətimiz gənc olmasına baxmayaraq, babalarımızın xəyal belə edə bilməyəcəyi qüdrətli Azərbaycan dövləti quruldu. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dövlət hazırda öz tarixinin ən möhtəşəm inkişaf dövrünü yaşayır.

Tək elə buna görə Azərbaycan xalqının və onun müdrik liderinin adı qızıl hərflərlə tarixə yazılıb. Çünki, 1993-cü ildə ölkənin məhv olmaq təhlükəsini görən və nicatını öz liderinin - Heydər Əliyevin qayıdışına bağlayan da, 2003-cü ildə ölkəni yenidən 1990-cı illərin anarxiya və xaosuna qaytarmaq istəyənlərə "Yox!" deyərək, Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşən də məhz bu xalqdır.

Bu gün Prezident İlham Əliyev Azərbaycanın davamlı inkişafını təmin edib sosial bir dövlətə çevrilməsi üçün genişmiqyaslı islahatlar həyata keçirməkdədir. Bununla paralel olaraq çoxsaylı proqramlar qəbul edib və onlar icra olunmaqdadır.

Prezident İlham Əliyev ölkənin gələcək inkişafı ilə bağlı bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı qeyd edib ki, biz islahat naminə islahat aparmırıq, məqsədyönlü, düşünülmüş addımlar ataraq, ölkəmizin inkişafına təkan verək, hələ də həllini tapmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmazlıqları aradan qaldıraq.

Bununla da Prezident İlham Əliyevin islahatçı yanaşması özünü aydın şəkildə büruzə verir və bəzi postsovet ölkələrində müşahidə etdiyimiz “rəngli inqilab” ssenarilərindən köklü şəkildə fərqlənən inkişaf yolunu təqdim edir. Rəngli-qanlı inqilabların liderləri özlərinə qədər hər hansı idealların, siyasi, bəzən də mənəvi irsin mövcudluğunu inkar edir, cəmiyyətin kökündən yenidən qurulmasını, dilin, ölkənin adının, əlifbasının, bir sözlə, hər şeyin məhv edilərək yenidən başlanması yolunu tuturlar.

Bu inkişafını gözü götürməyən qüvvələr Azərbaycanda da inkişafı dayandırıb məhv etmək istəyirlər. Bu qüvvələr hər zaman fəaliyyətdə olub. Azərbaycan yeni mühüm bir mərhələnin astanasında olanda, yeni uğurlara imza atdığı bir zamanda, bu qüvvələr yenidən aktivləşərək ölkələri xaosa sürükləmək istəyirlər.

Bu radikal qüvvələr 26 ildir ki, Azərbaycanı xaos və anarxiyaya sürükləməyə cəhd edirlər. Uzun illərdir heç bir cəlbedici ideya və yaxud alternativ təklif ortaya qoya bilməyən, eyni cəfəng fikirləri təkrar-təkrar tirajlayan, bir neçə ambisiyalı şəxsin ətrafında cəmləşərək gecə-gündüz hakimiyyət eşqi ilə qovrulan, əsassız iddialarla dövlət qurumları və dövlət qulluqçularını mənəvi terrora, biabırçı söyüş kampaniyasına məruz qoyan, 1990-cı illərin kif bağlamış qaranlığından çıxmaq iqtidarında olmayanlar keçən bütün dövr ərzində dayanmadan ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Əlbəttə, heç bir iqtidar daimi deyil. Hər hansı bir siyasi partiyanın formalaşdırdığı iqtidarın ölkəni hansı müddətdə idarə etməsini Azərbaycan xalqı seçki yolu ilə müəyyən edir.

Hakimiyyətə gəlmək üçün müxalif siyasi qüvvə gələcəyə hesablanmış proqramları, konsepsiyaları, alternativ ideyaları olmalıdır. Lakin biz bu gün özlərini hakimiyyətə iddialı hesab edən müxalif qüvvənin heç birində görmürük.

Azərbaycan Prezidenti müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyətini qurmaq üçün bütün sahələrdə olduğu kimi effektiv idarəetməni təmin etmək üçün struktur və kadr islahatları həyata keçirməkdədir. Biz uzun illərdir yeni dövrün çağırışlarına cavab verməyən, hər hansı siyasi uğura imza ata bilməyən liderlərin hələ də partiya rəhbərliyini qamarlayaraq, partiya sədri kreslosundan möhkəm-möhkəm yapışdığının şahidi oluruq. Hesab edirik ki, siyasi uğura imza ata bilməyən liderlər nə qədər bu partiyalara rəhbərlik edəcək, onların gələcəkdə hər hansı uğurlara imza atması gözlənilmir. Əksinə həmin siyasi qüvvələrin iflası tezləşəcək. Odur ki, müxalifətin yenilənməsi, müasir dövrün tələblərinə uyğun siyasi liderlərin meydana çıxmasına ehtiyac var. Nədənsə partiyalarda, cəmiyyətdə belə müzakirələrə başlanılan kimi həmin uğursuz siyasətçilər fikri yayındırmaq üçün ən müxtəlif taktikalardan istifadə etməklə günahı hakimiyyətin üzərinə atırlar. Özlərində xalqın xilaskarı obrazı yaratmaq üçün qanunsuz aksiyalar keçirib, qanunun tələblərini kobud surətdə pozub, hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya gedib, özlərinə fiziki xəsarət yetizdirməkdən belə çəkinmirlər. Təbii ki, bu işdə onlara daxildəki və xaricdəki ağaları da hərtərəfli dəstək verirlər. Bunun bariz nümunaəsinin biz 19 oktyabrda AXCP və Milli Şuranın qanunun tələblərinə pozaraq polislə açıq qarşıdurmaya getməsində şahidi olduq. Əli Kərimli əvvəlcədən nəticəni bildiyi bir oyuna əl ataraq, özünü polisin dubinkası altına verdi.

Ancaq Əli Kərimlinin xaricdəki ağaları ilə cəmiyyətdə bu oyunu ilə cəmiyyətdə açıq qarşıdurma, xaos yaratmaq planı baş tutmadı. Necə deyərlər, niyyəti alınmadı.

Əli Kərimlinin keçdiyi siyasi yola nəzər salsaq, o zaman biz, əslində, onun əsl simasını tanımış olarıq.
Əvvəla onu qeyd edək ki, Əli Kərimli hər zaman hakimiyyətdən qorxub, qorxduğu hakimiyyəti ələ keçirməyə çalışıb, niyyətinə çata bilməyəcəyini də anlayanda hakimiyyətin ovcundan yemlənib.

Hələ zamanında Əli Kərimli AXCP daxilində “Yurd” qruplaşması yaradaraq hakimiyyətin sifarişini yerinə yetirib. Onun məqsədi həm partiya və müxalifət daxilində parçalanma yaratmaqla, zəif salmaq olub. Bunun əvəzində isə hakimiyyətdən yal alıb.

O, AXCP daxilində parçalanma yaradın, liderlik postuna keçmək üçün lideri Elçibəyin ağır xəstə vəziyyətdə Türkiyəyə müalicəyə yollananda “Elçibəy sifilisə yoluxub” kimi əxlaqsız ifadələr işlədərək, bu yöndə mediada yazılar yazmağı sifariş edib.

Əgər belə demək mümkünsə Əli Kərimli siyasətlə yox, siyasi işbazlıqla məşğul olub. Siyasi müttəfiq elan etdiyi partiyalara və təşkilatlara son anda xəyanət, “tərəfdaş” adlandırdığı partiya liderlərinə yalanlar, AXCP-nin sıravi üzvlərinin sürəkli aldadılması - bu, Əli Kərimlinin fəaliyyət prinsipi idi.
Kərimlinin ətrafında olanlar bu hərəkətini gördükcə, ondan uzaqlaşmağa başladılar. Bu gün onun yanında heç kim qalmayıb. Sadəcə Cəmil Həsənlini şantaj yolu ilə yanında saxlayır və onun vasitəsi ilə özünü cəmiyyətə sırımaq istəyir. Çünki Cəmil Həsənli özü bir zamanlar Kərimlinin hakimiyyətdəki nazirlərdən pul daşıyanı olub. Cəmil Həsənli 2000-ci illərdə deputat olduğu zaman sabiq İqtisadi inkişaf naziri Fərhad Əliyevlə Əli Kərimli arasında vasitəçi olub və ayda ona pul gətirib. Kərimli də Fərhad Əliyevdən aldığı pullarla rəqiblərini sıradan çıxarmağa sərf edib.

Kərimlinin hakimiyyətdəki bəzi insanlarla işbirliyi barəsində ona ünvanlanan sual belə cavab verib.

AXCP sədri 2000-ci ildə hakimiyyətdən ona yüksək səviyyədə əməkdaşlıq təklifi edildiyini etiraf edib: “Mən o vaxt demişəm ki, bəli, 2000-ci il üçün hökumətin əsas rəqibi öndə olan fiqurlar İsa Qəmbər və Etibar Məmmədovdur, Əli Kərimlinin hələ 35 yaşı var, rəhbərlik elədiyi partiya parçalanıb, mən onlardan az təhlükəliyəm. Ona görə onları parlamentə buraxmadılar, bizim parlamentə keçməyimizə mane olmadılar. Ondan sonra hökumətə elə gəldi ki, əgər bizim parlamentə düşməyimizə mane olmayıblarsa, deməli, bizimlə daha dərin əməkdaşlıq edə bilərlər və biz buna borcluyuq. Mənə əməkdaşlıq təklif olundu. Yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakı ilə. Təfsilatını isə təbii ki, deməyəcəyəm, axı mən siyasətçiyəm. Beynəlxalq səviyyədə təklif olunmuşdu, çox yüksək təkliflər oldu, özümlə də bağlı”.

Hətta AXCP-yə beş nazirliyin verilməsi, Əli Kərimlinin isə parlamentin spikeri olması təklifi olub. Kərimli deyib ki, mən bu qədər böyük təkliflərdən imtina etmişəm. “Xalq Cəbhəsinin Rəyasət Heyəti buna şahiddir. Bizim 4 saatlıq müzakirələrimiz gedib. 17 nəfərin iştirakı ilə Rəyasət Heyətində 4 saat müzakirə aparmışıq və mən demişəm ki, partiyamıza bu təklif olur ki, hökumətlə əməkdaşlıq edək, koalisiyaya girək, mən bunu qəbul eləmirəm, amma partiyanın Rəyasət Heyəti bunu məqbul bilsə, mənsiz özünüzə sədr seçib bu yolu gedərsiz. İki nəfər istisna olmaqla bütün Rəyasət Heyəti mənə dəstək verdi. Biz o zaman qərar verdik və müxalifətdə qaldıq. Bu, bizim seçimimiz olub”.

Əli Kərimli vurğulayıb ki, yaşadığı məhrumiyyətlər də öz seçiminin nəticəsidir və buna görə də peşman deyil. Ancaq bu inandırıcı deyil. Əli Kərimlini yaxşı tanıyanlar bilir ki, o nə qədər azgöz və tamahkar adamdır. Sadəcə o bu yolla ətrafındakıları aldatmaq istəyir. Əgər hakimiyyət tərəfindən ona belə bir təklif olsaydı, nəinki parlamentin spikeri, nazir postuna yox, hətta parlamentdə komitə sədrinin müavini postuna. Nazirlikdəki hər hansı şöbəyə müdir gedərdi.
Əli Kərimli ilə bağlı Prezident İlham Əliyevin çox gözəl bir fikri var. İlham Əliyevdən Əli Kərimli ilə mövqeyini soruşanda demişdi ki, öz liderinə qarşı xəyanət və satqınlıq edib. Bax hakimiyyətin Əli Kərimli haqqında mövqeyi, münasibəti bundan ibarət olub. Yəni onun hakimiyyətdə hər hansı post təklif edilməsi sadəcə özünün uydurması və özünü reklam xarakteri daşımasıdır. Yəni hakimiyyət belə xəyanətkarla bir yol getməsinin mümkünsüz olduğu barədə açıq və net mesaj ünvanlayıb.

AXCP-nin 1995 və 2000-ci ildə keçirilmiş parlament seçkilərində deputat mandatları əldə etməsinə gəldikdə isə onu demək lazımdır ki, təbii bu da bilavasitə hakimiyyətlə sövdələşmənin nəticəsi idi. Əli Kərimliyə bu mandat elə-belə verilməmişdi. Onun qarşısıan müəyyən tələblərə və şərtlər qoyulmuşdu. Əli Kərimli də onun qarşısına qoyulmuş şərtlərin istisnasız olaraq hamısını yerinə yetirərək, yeni tələbləri də reallaşdıracağına az qala and içmişdi.

Hakimiyyət Əli Kərimlinin qarşısına aşağıdakı vəzifələri qoymuşdu: AXCP-ni Elçibəyin əlindən almaq, müxalifəti tamamilə gözdən salmaq, narazı elektoratı Əliyev iqtidarının alternativsiz olmasına və hakimiyyətin istər təkamül, istərsə də inqilabi yolla dəyişdirilməsi ideyasının absurdluğuna inandırmaq. Məhz o zaman AXCP sədrinin müavini Mirmahmud Mirəlioğlu Əli Kərimli haqqında “bu adamlar satılıblar, oyuncaqdırlar” ifadəsini boş yerəmi işlətməmişdi.

Müxalifətin parçalamaq planına gəldikdə isə Əli Kərimli bunun istər parlamentdə təmsil olduğu dövrlərdə, istərsə də sonrakı həlledici məqamlarda sübut edib.

Bu gün isə Əli Kərimli bu xəyanət və satqınlıq xidmətini azərbaycan qüvvələrə təklif edərək yerinə yetirir. O Azərbaycanda sabitliyi pozmaq üçün nəinki Qərbədki anti-Azərbaycan qüvvələr, erməni lobbisi ilə, eyni zamanda radikal dini qruplaşmalarla belə əməkdaşlıq etməyə hazırdır. Elə Əli Kərimlinin Nardaranda iştişaşlar yaradan radikal dindar Tale Bağırzadə ilə münasibətinə diqqət yetirmək kifayətdir.

Belə ki, Əli Kərimli Tale Bağırzadənin gizlində yazılmış səs yazısının detallarını izah edib və onun məxfi planlarına da haqq qazandırıb.
Son olaraq bu gün Əli Kərimlinin əsas planı xaricdən erməni lobbisinin nəzarətində olan təşkilatlardan və anti-Azərbaycan qüvvələrdən aldığı sifariş əsasında, Azərbaycandakı bəzi diplomatik korpusların əməkdaşlarının dəstəyi ilə xaos, çaxnaşma yaratmaqdır.

Ancaq hər dəfə olduğu kimi onun bu planları da puça çıxaracaq. Bunu Əli Kərimli özü yaxşı bilir. Odur ki, illərdir ətrafını, rəqiblərini, müttəfiqlərini, müxalifəti, hakimiyyəti, xarici donorlarını aldatdığı kimi bu dəfədə aldadıb pul qazanmaqdır. Bu pulları isə xaricdə yaşayan övladlarının hesabına keçirilməsinə nail olmaqla, onların şahanə həyat şəraitini təmin etməkdən ibarətdir. Sonda da hər zaman olduğu kimi müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışacaq.
Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru