Tramp: "Demokratlar impiçmentdən seçkilərdə qələbə qazanmaq üçün istifadə edirlər"

3-11-2019, 08:17           
Tramp: "Demokratlar impiçmentdən seçkilərdə qələbə qazanmaq üçün istifadə edirlər"
ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasını onun impiçmenti proseduruna 2020-ci ilin seçkilərində qələbəyə nail olmaq üçün təşəbbüs göstərməkdə ittiham edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Trampın fikrincə, impiçment cəhdi macəra və saxtakarlıqdır.

"Demokratlar ondan (impiçment prosedurundan - red) siyasi hədəflərə, seçkiləri udmağa çalışmaq üçün istifadə edirlər, hansılarda ki, onlar qələbə qazanmayacaqlar", - deyə Ağ Ev rəhbəri bildirib.

Bu halda Tramp əmindir ki, Nümayəndələr Palatasında impiçment proseduru çərçivəsində bağlı dinləmələr yaxşı keçir. Amma dövlət başçısı demokratları onları iclasların stenoqramlarını dərc etməməkdə qınayıb.

Oktyabrın 31-də Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası ölkə prezidentinin impiçmenti prosedurunun başlanğıcına dəstək olaraq qətnamə qəbul edib.

Sentyabrın 24-də demokratlar Trampı hakimiyyətdən sui istifadədə və Ukrayna rəhbərliyinə təzyiq göstərməkdə ittiham edərək impiçment proseduruna başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru