Rusiyanı dağıdan raket istehsal etməliyik - Zaqorodni

3-11-2019, 10:05           
Rusiyanı dağıdan raket istehsal etməliyik - Zaqorodni
Ukraynalı ekspert Taras Zaqorodni Rusiya nüvə stansiyalarına çata biləcək gücdə olan orta mənzilli raketlərin yaradılması barədə çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə mütəxəssis "Qlavred" qəzetinə açıqlamasında deyib. O bildirib ki, Ukrayna Rusiya və rus enerji mənbələrindən asılılığı azaltmalı, raket istehsalını genişləndirməkdən qorxmamalıdır:

"İki yüz ədəd raket. Bu, Rusiyaya zərə verə biləcək böyük gücdür. Bu raketlərdən biri Rusiya torpaqlarındakı nüvə stansiyasına çatarsa, nüvə partlayışı meydana gələcək".

Qeyd edək ki, ukraynalı mütəxəssislər bir neçə dəfə bu barədə açıqlama verib. Hərbi mütəxəssis Valentin Badrak da daha əvvəl Ukraynanın Moskvaya çata biləcək 1500 km-lik mənzilli raket istehsal edə biləcək gücdə olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru