“Bu, onlara çox baha başa gələcək” - ABŞ “Şimal axını - 2” layihəsinə sanksiya tətbiqinə hazırlaşır

24-11-2019, 12:41           
“Bu, onlara çox baha başa gələcək” - ABŞ “Şimal axını - 2” layihəsinə sanksiya tətbiqinə hazırlaşır
Amerika Birləşmiş Ştatları Konqresi, "Şimal axını - 2” qaz kəmərinə qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil etməyi planlaşdırır.

Bunu Senatın Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş deyib.

Riş qeyd edib ki, sanksiyalar qaz kəmərində işləyən tikinti şirkətlərini layihəni tərk etməyə məcbur edə bilər.

"Bu, onlara çox baha başa gələcək” deyə Riş "Defence News” nəşrinə açıqlamasında bildirib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru