NATO vahid yanaşma axtarışında – Rusiyaya yönəlik

26-11-2019, 05:26           
NATO vahid yanaşma axtarışında – Rusiyaya yönəlik
NATO-nun Londonda keçiriləcək sammitində Rusiyaya yönəlik «vahid yanaşma» mövzusu müzakirə obyekti olacaq.

NATO-nun Baş katibi Yens Stoltenberq qarşıdan gələn sammitdə alyans liderlərinin müzakirəyə çıxaracaları mövzulardan söhbət açıb. Sammit 3-4 dekabrda Böyük Britaniyanın paytaxtında keçiriləcək.

Görüşün başlıca mövzularından biri də Rusiyaya yönəlik siyasət və Moskvanın davranışına razılaşdırılmış reaksiya olaraq, vahid yanaşmanın formalaşdırılması olacaq.

Rusiyanın «gərginlik yaradan davranışı» və hərbi baxımdan güclənməsi NATO-nu ciddi şəkildə narahat edir. Bu fonda alyans «Avropanın təhlükəsizliyinin yeganə qarantı» rolunda çıxış edir.

Brüsseldə Latviyanın prezidenti Eqil Levitslə görüşdən sonra Stoltenberq belə bəyanatla çıxış edib və bildirib ki, NATO Rusiyaya «aydın siqnal» göndərir.

«Biz, bununla razıyıq ki, NATO Avropanın təhlükəsizliyinin yeganə qarantıdır. Bizim güclər münaqişəni aradan qaldırır və sülhü qoruyub saxlayır» - deyə, Baş katib bəyan edib.
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.