İqbal Ağazadə döyüşmək üçün müraciət etdi - FOTO
16-07-2020, 13:00
Ümid Partiyasının sədri İqbal Ağazadə könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdi.
"BakuPost"un məlumatına görə, bu barədə partiya sədri öz "Facebook" səhifəsində məlumat verib.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında döyüşdə iştirak etmək istəyənlərə müraciət etmişdi. ““Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik!".