İcra Hakimiyyətlərində kəskin ixtisarlar başlayır - qərar

9-02-2016, 09:50           

Hökumətdə aparılan struktur islahatları şəhər və rayon İcra Hakimiyyətlərinə də şamil ediləcək. Qaynar.info xəbər verir ki, hökumət İcra Hakimiyyəti orqanlarında çalışan işçilərin ixtisarı istiqamətində addımlar atmağa hazırlaşır.

Məlumata görə, yerli İcra Hakimiyəti orqanlarında müxtəlif şöbələr və sektorlar birləşdiriləcək, müvin postları azaldılacaq. Proqram normal şəkildə həyata keçirilsə, dövlət büdcəsinə milyonlarla manat qənaət edilmiş olacaq.

Məlumatda bildirilir ki, bu proqram özünü maliyyələşdirən və dövlət büdcəsindən yardım almayan İcra Hakimiyyəti orqanlarına şamil edilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru