Xankəndidə “arsax” şüarları – Qondarma rejim kütləvi yürüş təşkil etdi /FOTOLAR

21-02-2021, 07:18           
Xankəndidə “arsax” şüarları –
Xankəndidə yaşayan ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə “milli azadlıq hərakatlarının” ildönümünü qeyd ediblər.

Qazet.az xəbər verir ki, separatçılar Xankəndidəki İntibah Meydanına yürüş ediblər. Yürüşdə iştirak edən yüzlərlə erməni əllərində qondarma “arsax” bayraqları və güllər tutublar. Yürüşün sonunda müharibədə həlak olan separatçıların məzarları ziyarət edilib.

Yürüşün əsas şüarı “arsaxın gələcəyi” və “birlik” olub. 33 illik ildönümdə qondarma “dqr” rəsmiləri də iştirak edib. Yürüşə Azərbaycanın beynəlxalq axtarışa verdiyi terrorçu Araik Arutunyan da qoşulub. Tədbirdə paylaşılan fotolarda qondarma “dqr” bayraqlarının Xankəndi küçələrini “bəzədiyi” nəzərə çarpır.Qazet.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru