“Tramp Orlando şəhərində respublikaçı-mühafizəkarların konfransında çıxış edəcək” –"CNN"

21-02-2021, 10:01           
“Tramp Orlando şəhərində respublikaçı-mühafizəkarların konfransında çıxış edəcək” –"CNN"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Florida ştatının Orlando şəhərində keçiriləcək ABŞ-ın Respublikaçılar partiyasının mühafizəkar dairələrinin konfransında çıxış edəcək.

Bu barədə “CNN” telekanalı özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini başa vurmasından sonra ilk çıxışı fevralın 28-də olacaq. O, Respublikaçılar partiyasının gələcəyi və mühafizəkar hərəkatı barədə danışacaq.

Bundan əlavə, keçmiş dövlət başçısının ABŞ-ın hazırkı prezidenti Co Baydenin miqrasiya siyasəti ilə bağlı kəskin tənqidlərlə çıxış edəcəyi də gözlənilir. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru