“Paşinyanın dedikləri onun səriştəsizliyini göstərir” - Rusiyadan “İsgəndər” açıqlaması

24-02-2021, 15:26           
“Paşinyanın dedikləri onun səriştəsizliyini göstərir” -
"İsgəndər" raketləri özünün yüksək xarakteristikasını Suriyada terrorla mübarizədə təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyanın guya bu raket sisteminin partlamaması barədə dedikləri onun səriştəsizliyini göstərir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Suriya parlament Dostluq qrupunun rəhbəri Dmitri Sablin deyib.

İkinci Qarabağ müharibəsi zamanı "İsgəndər"in partlamaması ilə bağlı Paşinyanın açıqlamasına toxunan rusiyalı deputat bildirib:

"Pis rəqqasa ayaqları mane olur. Bu, xalq deyimi Paşinyanın "İsgəndər"in son müharibədə istifadəsi və onların köhnə olmasına dair dediklərini ən yaxşı şəkildə xarakterizə edir. Müharibə və sülh məsələlərini yaxşı başa düşən insanlar bunun 21-ci əsrin ən yaxşı universal əməliyyat-taktiki raket sistemi olduğunu bilirlər. "İsgəndər" Suriyada terrozimlə müharibə dövründə ən yüksək perfomansını təsdiqləyib".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ müharibəsində Azərbaycana qarşı "İsgəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru