Putinin müəmmalı qonağı - Gecə saatlarında Kremldə gizli görüş

5-03-2021, 08:20           
Putinin müəmmalı qonağı - Gecə saatlarında Kremldə gizli görüş
Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında Kremldə Moskvaya gələn bir həmkarı, xarici dostla söhbət etdiyini söyləyib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “Biz Birlikdəyik” kampaniyasında iştirak edən könüllülərlə görüşdə danışıb.

Onun sözlərinə görə, dostu ilə görüş zamanı koronavirus pandemiyası dövründəki həyatı müzakirə ediblər.

Putin dostunun təəssüratlarını bölüşərək, onun Moskvada gördüklərindən təəccübləndiyini söyləyib:

“Bilirsiniz, mən bu görüş haqda bəzi şeyləri sizinlə bölüşə bilərəm. Dünən Kremldə işləyərkən Moskvaya gəlmiş bir həmkarımla, dostumla görüşdüm. O, əcnəbidir və Rusiyaya gəlib. Dedi ki, Avropanın ən böyük şəhərlərində küçələrdə nadir halda avtomobillər görmək olur, demək olar ki, insanlar yoxdur, hər yer qapalıdır”.

Putin görüşün çox gec saatlarında baş tutduğunu bildirib, amma müəmmalı qonağının adını açıqlamayıb. /Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru