Pxenyan vəziyyətin gərginləşəcəyi təqdirdə Seula qarşı nüvə silahından istifadəyə hazır olduğunu açıqlayıb
5-04-2022, 10:08
Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanı əsasrəqib hesab etmir, ona hücum etmək fikrində deyil, lakin vəziyyətingərginləşəcəyi təqdirdə Seula qarşı nüvə silahından istifadə etməyəhazırdır.
Trend Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki,bunu KXDR liderinin bacısı Kim Yo-jonq bildirib.
Onun sözlərinə görə, ölkəsinə qarşı təxribat törədilməsə, heçvaxt birinci zərbə vurmayacaq. KXDR cənuba doğru bir güllə beləatmayacaq.
"Biz Cənubi Koreyanı özümüzə əsas rəqib hesab etmirik. Əgəronlar hərbi qarşıdurmanı seçərsə, nüvə qüvvələrimiz öz vəzifələriniyerinə yetirməyə məcbur olacaq", - Kim Yo-jonqbildirib.