Putin Ukrayna uğursuzluğunun əvəzini belə çıxacaq

5-04-2022, 09:22           
Putin Ukrayna uğursuzluğunun əvəzini belə çıxacaq
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı uğursuzluğu silmək və xalqın gözündə qalib kimi görünmək üçün ölkəsinin daxilində düşmən axtarmağa məcbur olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Kimsə satqın təyin edilməlidir. Başqa sözlə Putinə Ukraynada olmasa da, Rusiyadakı sui-qəsdçiyə qalib gəlmək lazımdır. Beləliklə, sui-qəsdçi “tapılmalı”, onun başı kəsilməli, daha sonra müdrik görkəmlə Avropanı xilas edəcək sülh bağlanmalıdır" - Arestoviç qeyd edib.

O, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun “satqınlar” arasında ola biləcəyini ehtimal edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru