“Ermənistan beynəlxalq təşkilatların dəstəyindən məhrumdur” - Levon Ter-Petrosyan

7-05-2016, 10:39           
“Ermənistan beynəlxalq təşkilatların dəstəyindən məhrumdur” - Levon Ter-Petrosyan
Ermənistan «Dağlıq Qarabağ respublikası»nın birtərəfli qaydada tanınmasından çəkinməlidir.Virtualaz.org xəbər verir ki, bunu «RİA Novosti»yə müsahibəsində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

O hesab edir ki, beynəlxalq təşkilatların və heç olmasa, bir-iki fövqəldövlətin fəstəyi olmadan təktərəfli tanıma çətin proqnozlaşdırılan və faciəvi nəticələrə gətirib çıxara bilər.

Ter-Petrosyanın fikrincə, Madrid prinsiplərində sözügedən referendumdan başqa, erməni diplomatiyası remedial secession (“xilas olmaq naminə ayrılma”) doktrinasından da istifadə etməlidir. Mənbə bildirir ki, həmin doktrinanın məğzi hər hansı bir ölkənin öz ərazisində yerləşən etnoərazi azlığın hüquqlarını tapdaması halında meydana çıxır və belə olan təqdirdə beynəlxalq ictimaiyyət icbari şəkildə həmin ərazini sözügedən dövlətdən ayırmalıdır.

Keçmiş prezident bildirib ki, beynəlxalq ictimaiyyət gec-tez «DQR»in müstəqilliyini tanıyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru