Netanyahunun seçki kampaniyasını Səudiyyə kralı maliyyələşdiribmiş…

10-05-2016, 10:31           
Netanyahunun seçki kampaniyasını Səudiyyə kralı maliyyələşdiribmiş…
Yaxın Şərq üzrə analitik, Israilin Əmək partiyasının sədri Isak Hersoq ortaya çıxarıb ki, sən demə, Israilin baş naziri Benyamin Netanyahunun seçki kampaniyasını Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz maliyyələşdiribmiş.

“2015-ci ilin martında kral Salman Suriya əsilli ispaniyalı Məhəmməd Əyəd Xəyali vasitəsilə Netanyahunun seçki kampaniyasını dəstəkləmək məqsədilə 80 milyon dollar vəsait ayırıb. Həmin vəsait israilli biznesmen və milyonçu Teddi Saqinin Vircin adalarındakı şirkətinin hesabına köçürülüb. Sonradan o da vəsaiti baş nazir Benyamin Netahyahunun seçki kampaniyasını müliyyələşdirmək üçün ayırıb”, – deyə Hersoq bildirib. Onun bu fikirləri bu yaxınlarda üzə çıxmış “Panama sənədləri” adlı ifşaedici materiallarda da öz əksini tapıb.

Amma Isak Hercoqun sözçüsü bu sitatın uydurma olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru