Yaponiya Ukraynaya 60 milyon dollar borcunu ödəmir

18-01-2023, 12:36           
Yaponiya Ukraynaya 60 milyon dollar borcunu ödəmir
Yaponiya Rusiyanın hücumlarından sonra iqtisadi problemlər yaşayan Ukraynanın 7,8 milyard yen (60 milyon dollar) borcunu təxirə salmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ukraynanın maliyyə naziri Sergii Marçenko və Yaponiyanın Kiyevdəki səfiri Matsuda Kuninori borcun yüngülləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Yaponiya hökuməti iqtisadi yükü yüngülləşdirmək üçün Ukraynanın 7,8 milyard yen (60 milyon dollar) borcunu təxirə salmaq qərarına gəlib.

Qərara uyğun olaraq, borc 2027-ci ilin iyun ayından etibarən 10 hissə ilə ödəniləcək.

Hökumət bəyan edib ki, Ukraynaya dəstəyi davam etdirmək üçün G7 ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru