Rusiya millətçiləri şokda: Putin geri çəkilir

1-06-2016, 01:25           
Rusiya millətçiləri şokda: Putin geri çəkilir
Rusiya Prezidenti Vladimir Putin Donbasdan geri çəkilməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə Rusiyanın “Russkiy” millətçi hərəkatının lideri Dmitri Demuşkin deyib.

“Görünür, o, geri çəkilmənin təşkilindən başqa orada artıq heç bir məsələni həll etmir. Hər şey Krımın alınması üçün hansısa bufer rolunu oynayırdı. “Novorossiya” sadəcə diqqətin yayındırılması və ticarət imkanı, yəni Krımla bağlı məsələdə güzəşt almaq imkanı idi”, - Demuşkin bildirib.

Onun sözlərinə görə, Putin Ukraynanın cənub-şərqində böyük dəstəyə bel bağlayırdı: “Lakin yanıldı. İnsanlar sadəcə kənardan baxaraq passiv oldular. Dörd milyonluq Donbas üçün mitinqlər çox kiçik idi, insanlar vuruşmağa heç hazır deyildilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru