Fazil Mustafa: "Bax, indi Türkiyənin ƏN DOĞRU ADDIMI İsrail və Rusiya ilə ..."
3-06-2016, 01:29
"Hərdən özünüzə bir sual verin: Türkiyə nə cür addımlar atsaydı, Almaniya bəzi başqa Avropa ölkələri kimi saxta soyqırımı tanımaq barədə qərar çıxarmayacaqdı?" Bu sualla millət vəkili Fazil Mustafa çıxış edib.
Turkustan.info bildirir ki, millət vəkili sualını da özü aşağıdakı şəkildə cavablandırıb:
- Bunun təqribi cavabı belədir ki, gərək Türkiyə, Almaniyanın dediklərini qulaqardına vurmayaydı. Bəli, Osmanlı İmperiyası 1915-ci ildə Kayzer Almaniyasının dediklərini qulaqardına vurmayıb onunla müttəfiq olaraq müharibəyə qoşulmuşdu və nəticədə dövlət olaraq tarixə qovuşdu. Almaniyanın bu dəfə də istədiyi eyni şey deyilmi? Əgər soyqırımın baş verməsi ilə bağlı Almaniyanın şübhəsi varsa, o zaman bunun bu işdə daha təcrübəli almanlarla birlikdə həyata keçirilməsi barədə iddialar ortaya çıxa bilər. Türklər açıq şəkildə soygırım olmadığını bildirirlər, almanlar isə əminliklə söyləyirlər ki, soyqırım olub. O zaman bu soyqırımı Osmanlının müttəfiqi olan Almaniyanın törədə biləcəyini niyə Türkiyə iddia etməsin? Almaniyanın o dövrün arxivlərini açmaması da belə bir şübhə üçün əsas verir. Demək ki, Osmanlı hökumətinin xəbəri olmadan alman hərbçiləri ermənilərə qarşı soyqırım həyata keçirmişlər!!! Hər halda diqqətəlayiq iddia ola bilər.
Bəzi dərin siyasət biliciləri bu qərarı Türkiyə Prezidenti Ərdoğana qarşı atılmış addım kimi təqdim etməyə çalışırlar. Ərdoğanın siyasət anlayışında qaneedici və ya tənqid oluna biləcək kifayət qədər məqamlar var. Ancaq tam əmin ola bilərsiniz, bu qərarı Türkiyəyə, Azərbaycana, digər tərəfdən bütün türklərə qarşı çıxarıblar və bütün türklər də bu qərarı əhəmiyyətsizləşdirmək üçün yaşadırları məkanlardan asılı olmayaraq səylərini birləşdirməlidirlər. Bizə də yaxşı dərs oldu ki, masanın arxasında oturan alman siyasətçisinə bundan o tərəfə elə erməni siyasətçisi kimi baxacağıq.
Bax indi bu məqamda Türkiyənin ən sağduyulu addımı İzrail və Rusiya ilə münasibətləri bərpa ertmənin uğurlu variantlarını tapmaq olardı.