Erməni deputat Vardanyanı ƏLƏ SALDI

28-02-2023, 12:24           
Erməni deputat Vardanyanı ƏLƏ SALDI
Ermənilər sosial şəbəkələrdə Vardanyanı ələ salmaqda davam edirlər.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsinə Rusiyadan xüsusi tapşırıqla göndərilən erməni oliqarx Ruben Vardanyanın uğursuz “missiya”sı başa çatsa da, hələ də Xankəndidə sülənir.

Ermənilər onun pafoslu çıxışlarından başqa heç nə görmədiklərini, əksinə, Vardanyanın gəlişindən sonra Laçın yolunun “bağlandığını” qeyd edirlər.

Deputat Aram Arutyunyan Vardanyan haqqında teleqram kanalda istehzalı paylaşım edib.

“Ola bilsin ki, bir neçə gündən sonra Ruben Vardanyan Xankəndidən piyada gəlib Laçın dəhlizini açacaq. Tkanlı məftillərin arasından qəhrəmancasına keçərək, əlləri qanlı, yaralı halda İrəvana tərəf yol alacaq.

“Xüsusi tapşırığı” yerinə yetirib İrəvana hərəkət edən Vardanyanla sadəcə diqqətli olmaq lazımdır ki, Zəngəzurdan keçəndə birdən Zəngəzur dəhlizini də açar”, – deyə Arutyunyan yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru