Ned Prays Bəxtiyar Hacıyevdən DANIŞIB - "Fikrin ifadə olunması azadlığı hüququ universal hüquqdur"

28-02-2023, 18:27           
Ned Prays Bəxtiyar Hacıyevdən DANIŞIB -
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays növbəti dəfə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı narahatlığını dilə gətirib.

TEREF.AZ xəbər verir ki, rəsmi məsələ ilə əlaqədar ABŞ-ın narahatlığının Azərbaycan tərəfinə açıq və fərdi qaydada çatdırıldığını vurğulayıb.

"Turan"-ın Vaşinqton müxbirinin sualına cavabında Prays deyib:

"Bütün dünyada biz universal hüquqların tərəfdarıyıq – fikrin ifadə olunması azadlığı hüququ universal hüquqdur. O, ancaq müəyyən ölkələrdəki adamlara şamil edilmir. Bu, bütün dünyada adamlara tətbiq olunan hüquq və prinsipdir. Hər dəfə universal hüququn sistematik olaraq və ya konkret hallarda təhlükə altında olduğunu gördükdə, tərəddüd etmədən bu narahatlıqla bağlı məsələ qaldırırıq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.