Ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək?

8-04-2015, 16:13           
Ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək?
Dövlət Miqrasiya Xidməti ermənilərə Azərbaycan vətəndaşlığı verilməsinin şərtlərini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, DMX-nin rəisi Fürudin Nəbiyev jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə baxıla bilər.

Xidmət rəisi qeyd edib ki, bu məsələ yalnız Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra mümkün ola bilər.

Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Andranik Qriqoriyanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə könüllü keçməsindən sonra Milli Məclisdə bu məsələ qaldırılmışdı.

Deputat Zahid Oruc və İqbal Ağazadə Dağlıq Qarabağ ermənilərinə vətəndaşlıq verilməsi barədə düşünməyin vaxtı çatdığını bildirmişdilər. Hətta İqbal Ağazadə aidiyyatı orqanları hərəkətə keçməyə çağırmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru