Putin Navalnının ölümündən danışdı: “Onu başqa dustaqla dəyişmək istəyirdim”

18-03-2024, 16:34           
Putin Navalnının ölümündən danışdı:
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün ilk dəfə müxalifət lideri Aleksey Navalnının xüsusi rejimli cəzaçəkmə koloniyasında ölməsinə münasibət bildirib .

SAVASH.ORG Rusiya mətbuatına istinadla xəbər verir ki, dövlət başçısı Navalnının dünyasını dəyişməsini “təbii ölüm” adlandırıb.

“Cənab Navalnıya gəlincə, bəli, o dünyasını dəyişdi. Ölüm həmişə kədərlidir. Bizdə həbsdə olan insanların dünyasını dəyişdiyi başqa hallar da olub. Bu, ABŞ-də olmayıb?” – Putin jurnalistlərə bildirib.

Putin deyib ki, Navalnının ölümündən bir neçə gün əvvəl ona siyasətçinin Qərb ölkələrindən birində həbs həyatı yaşayan “bəzi adamlarla” dəyişdirilməsi ideyasını çatdırıblar.

“Mənimlə danışan adam hələ cümləsini bitirməmiş “razıyam” dedim. Yalnız bir şərtim oldu ki, Navalnı bir daha Rusiyaya qayıtmasın. Amma təəssüf ki, Navalnının ölümü bu planın gerçəkləşməsinə imkan vermədi.”, – Putin əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.