Belqradda NATO-ya qarşı kütləvi etirazlar başlayıb

25-03-2024, 13:14           
Belqradda NATO-ya qarşı kütləvi etirazlar başlayıb
NATO-nun Yuqoslaviyaya qarşı aqressiyasının başlanmasının ildönümündə Serbiya vətəndaşları ölkənin paytaxtı Belqradın mərkəzindəki Respublika meydanına toplaşaraq kütləvi aksiya keçiriblər.

Qeyd olunur ki, onlar Milli Muzeyin binasının yaxınlığında mövqe tutublar və üzərinə “NATO - faşistlərə ölüm!”, “İmperializmə ölüm” şüarları yazılmış bayraqlar qaldırıblar. Toplananlar həmçinin “NATO - işğalçılar, Serbiyadan çıxın!” sözləri yazılmış böyük pankart açıblar.

Daha əvvəl Belqradda 1999-cu il təcavüz qurbanlarına həsr olunmuş “Əbədi məşəl” abidəsinin yanında da NATO əleyhinə mitinq keçirilib. Mitinq “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru