“Ukrayna Silahlı Qüvvələri kritik ehtiyac duyulan sursatlar alacaq”

25-03-2024, 17:08           
“Ukrayna Silahlı Qüvvələri kritik ehtiyac duyulan sursatlar alacaq”
Ukraynaya artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri üçün daha çox raket veriləcək.

32gun.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov ölkəsinə dəstək üçün təmas qrupunun iclasından sonra öz "Facebook" səhifəsində məlumat verib.

O qeyd edib ki, Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında baş tutan görüşün əsas mövzusu sursat olub. Nazirin sözlərinə görə, tərəfdaşlar Kiyevə 155 mm, 152 mm və 105 mm-lik artilleriya mərmilərindən ibarət hərbi yardım paketləri göndərəcəklər .

"Bizim hava hücumundan müdafiə sistemlərimiz üçün daha çox raket olacaq" deyə bildirib.

Hərbi idarənin rəisi, həmçinin qeyd edib ki, daha bir neçə dövlət “dron koalisiyasına qoşulub və töhfələr verib” və mart ayında Ukraynaya ilk pilotsuz uçuş aparatlarının çatdırılması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru