Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

25-03-2024, 18:03           
Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb
Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.
Partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib: "Mixail Saakaşvilinin həbsdən azad edilməsi tələbi ilə bağlı bütün imzalar indiki Prezident Salome Zurabişviliyə təqdim ediləcək. Onun da düzgün qərar verməkdən başqa yolu olmayacaq".
O, qeyd edib ki, "müxalifətin əsas liderinin həbsxanada olduğu halda" payızda keçiriləcək parlament seçkiləri azad və ədalətli olmayacaq. Zurabişvili indiyə qədər dəfələrlə bəyan edib ki, hakimiyyətdə olduğu müddətdə Saakaşvilini əfv etməyəcək və nə daxildən, nə də xaricdən heç bir təzyiqi qəbul etməyəcək.
"Vivamed" klinikasının həkimlərinin bu yaxında jurnalistlərə verdiyi açıqlamaya görə, Saakaşvilinin səhhəti yaxşılaşıb, çəkisi artıb, lakin tibbi nəzarətdə saxlanılması tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru