Rusiyada əmək miqrantlarının ölkədə qalma müddəti məhdudlaşdırıla bilər

26-03-2024, 16:17           
Rusiyada əmək miqrantlarının ölkədə qalma müddəti məhdudlaşdırıla bilər
Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrantlarla müqavilə bağlamaq müddətinin iki ilə qədər məhdudlaşdırılmasını təklif edib.

Rusiya mətbuatı xəbər verir ki, nazirliyin təklif etdiyi qanun layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında dərc olunub.

“İşəgötürənlər Rusiya Federasiyasının ərazisində qanuni yaşayan 18 yaşına çatmış əcnəbi vətəndaşları məqsədli mütəşəkkil işə qəbul qaydasında işə cəlb etmək hüququna malikdirlər. Əcnəbi vətəndaşın müvafiq qaydada alınmış iş icazəsi olmalıdır. Əcnəbi vətəndaşa iş icazəsi onunla bağlanmış əmək müqaviləsi müddətinə, lakin iki ildən çox olmamaq şərti ilə verilir”, - sənəddə deyilir.

Həmçinin əmək miqrantlarından 30 gün ərzində işəgötürənə rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələrini təsdiq edən sənədi təqdim etmələri tələb olunacaq.

Sənəd layihəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi də nəzərdə tutulur - bu zaman əcnəbi işçi 30 gün ərzində yeni əmək müqaviləsi bağlamazsa, göstərilən müddətdən sonra Rusiyanı tərk etməli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru