Patruşev terorda Ukraynanı ittiham etdi

27-03-2024, 08:04           
Patruşev terorda Ukraynanı ittiham etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Crocus City Hall”da törədilən terror aktında kimin əli olduğunu açıqlayıb.
Jurnalistin "bu terroru kim törədib?" sualına Nikolay Patruşev "Ukrayna" cavabını verib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına soxularaq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb, binada güclü yanğın baş verib. Son məlumatlara görə, terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.