Brüsseldə iğtişaşlar: Avropa Parlamentin qarşısına peyin töküldü, ocaq qalandı - FOTO/VİDEO

27-03-2024, 17:04           
Brüsseldə iğtişaşlar: Avropa Parlamentin qarşısına peyin töküldü, ocaq qalandı - FOTO/VİDEO
Brüsselin Avropa Məhəlləsində fermerlərlə polis arasında toqquşmalar baş verib.

Ən azı beş Avropa İttifaqı ölkəsindən olan fermerlər traktorlarla Avropa Məhəlləsinə girişləri bağlayıblar.

Polisin hesablamalarına görə, aksiyaya ümumilikdə 250-yə yaxın traktor cəlb olunub.

Lüksemburq meydanındakı Avropa Parlamentinin binası qarşısına peyin tökülüb və taxta yeşiklərdən ocaq qalanıb.

İğtişaşlar təxminən 40 dəqiqə davam edib, sonra vəziyyət sakitləşib. Polis mühasirəyə alınmış mövqelərinə, fermerlər isə traktorlarına qayıdıblar.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.