Bayden Putini “qəssab” adlandırdı

27-03-2024, 10:29           
Bayden Putini “qəssab” adlandırdı
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə təhqir edib.

Bayden Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən Rusiya liderini “qəssab” adlandırıb.

Amerikalı milyarderlərə vergilərin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə yardım üçün gedə biləcəyini bildirib.

“Biz çox şey edə bilərik! O cümlədən, Ukraynanı “qəssab Putin”dən qorumaq qayğısına qalmalıyıq”, - Bayden bildirib. 2022-ci ilin yazında Bayden Rusiya prezidentini “ölümcül diktator” və “quldur” adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru