Fars-molla rejimi BAŞINI İTİRİB: Bakıdakı səfiri hədəfə alıblar... - Xəstə təfəkkürü...

27-03-2024, 18:57           
Fars-molla rejimi BAŞINI İTİRİB: Bakıdakı səfiri hədəfə alıblar... - Xəstə təfəkkürü...
Azərbaycanda axtarışda olan və İrana sığınaraq SEPAH-ın himayəsi altında fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasına bağlı sosial media kanalları İranın Azərbaycandakı səfiri Abbas Musəviyə qarşı təbliğat aparır.

Axar.az xəbər verir ki, bu barədə qruplaşmaya bağlı sosial media şəbəkəsində paylaşımlar edilib.

Onlar səfirin Moskvadakı terraktla bağlı Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı verdiyi yerdə Azərbaycan və Rusiya bayraqlarının olub, İran bayrağının isə olmadığından hiddətləniblər.

Protokol qaydalarını nəzərə almayan qruplaşma üzvləri Abbas Musəvinin İran mənafeyini deyil, Azərbaycan mənafeyini müdafiə etdiyini iddia ediblər.

“O, Bakıda “Bakı səfiri” kimi ad çıxarıb. Onun Bakıda qalması əvvəlkindən qat-qat zərərlidir”, - paylaşımda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru