Rusiyada deputat xarici agentlər siyahısına daxil edildi - FOTO

30-03-2024, 17:45           
Rusiyada deputat xarici agentlər siyahısına daxil edildi - FOTO
Rusiya Ədliyyə Nazirliyi Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Boris Vişnevskini xarici agentlər reyestrinə daxil edib.

Reyestrə həmçinin “Birinci şöbə” insan hüquqları layihəsi və hüquqşünas Vadim Proxorov da əlavə olunub.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, Vişnevski Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxıb, həmçinin Proxorov kimi, digər xarici agentlərin materiallarının yaradılmasında iştirak edib, Rusiya hakimiyyətinin qərarları və siyasəti haqqında yalan məlumat yayıb.

“Mən bu statusdan şikayət edəcəyəm, bu, qanunsuz qərardır”, - deyə Vişnevski qeyd edib.

Həmçinin “Birinci şöbə”dən bildiriblər ki, onlar Ədliyyə Nazirliyinin qərarı ilə razı deyillər və etiraz etmək niyyətindədirlər.

Mənbə: RBC.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru