İŞİD-dən "Crocus"la bağlı yeni açıqlama

30-03-2024, 09:56           
İŞİD-dən "Crocus"la bağlı yeni açıqlama
İŞİD terror təşkilatı "Crocus City Hall"a hücum edən üzvlərinin həbs edildiyini təsdiqləyib.

Bu barədə terror təşkilatının həftəlik qəzeti “Əl-Nəba” məlumat yayıb.

Nəşrin cümə günü dərc edilmiş sayında “xilafətin döyüşçüləri”ndən dördünün Moskva yaxınlığında yerləşən ticarət mərkəzinə hücum etdiyi təsdiqlənib.

Onlardan üçünün avtomatlardan istifadə etdiyi, birinin isə yanğın törətdiyi qeyd olunub.

Əlavə olunub ki, hücumdan sonra Rusiyanın quru və hava qüvvələri tərəfindən təqib edilən terrorçular meşədə “mühasirəyə düşüblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru