Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Rusiyanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın...

31-03-2024, 10:14           
Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Rusiyanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın...
5 aprel tarixi yaxınlaşdıqca Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana təzyiqi artıb. Moskvada hesab edirlər ki, 5 aprel tarixində Brüsseldə Paşinyanla görüşəcək ABŞ və Avropa İttifaqı rəsmiləri Ermənistana təhlükəsizlik təminatı verəcəklər. Bu isə Rusiyanın Ermənistanda sıxışdırılmasının rəsmi elanı olacaq.
Bu arada, Kreml Ermənistandakı səfiri Sergey Kopirkin vasitəsilə Paşinyana xatırladıb ki, Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsini və sərhəddə müşahidə postları quraşdırılmasını onlardan məhz Ermənistanın baş naziri xahiş edib. Buna baxmayaraq, Kopırkin Paşinyana onu da xatırladıb ki, erməni tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək istəməyib. Yəni səfir Paşinyana demək istəyib ki, Ermənistan sərhəddini Azərbaycanın həmləsindən Rusiya qoruyub. Rusiya səfirinin başqa bir xəbərdarlığı ABŞ rəsmilərinin bəyanatları ilə bağlıdır: “ABŞ-ın Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxması çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də bizim münasibətlərimizə real xələl gətirə biləcək bir məsələdir”.
Kreml Ermənistandakı səfirini yenə ona görə danışdırıb ki, Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Rusiyanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın...
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.