“Biz türklər adamyeyən deyilik” - politoloq

9-04-2015, 11:13           
“Biz türklər adamyeyən deyilik” - politoloq
“Bu hadisə erməni iqtidarı üçün daxildə ciddi müxalifətin formalaşmasına, eləcə də sosial-siyasi narazılıqların baş qaldırmasına təkan verə bilər”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

O, Avqustun 26-da Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçən Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviçin vəziyyətinə münasibət bildirib və bu hadisənin heç bir siyasi oyunla bağlı olmadığını vurğulayıb.

“Fikrimcə, bu, daha çox ölüm təhlükəsi ilə üz-üzə qalmış insanın ən son çarə kimi canını qurtarmaq üçün atmış olduğu addım kimi qiymətləndirilməlidir. Təbii ki, onlar xoş niyyətlə bura gəlmirlər. Amma bu bir siyasi oyun da deyil. Bu, sadəcə, canını qorumaq instinktidir”.

Politoloq Ermənistan vətəndaşlarına Azərbaycan vətəndaşlığının verilməsi haqda danışarkən qeyd edib ki, bu proses siyasi nöqteyi-nəzərdən düzgün hesab edilə bilər:

“Məqsəd ermənilərə bu münaqişənin mənasız yerə davam etdirməyin onlara nə qədər ziyan olduğunu anlada bilməkdir. Biz türklər adamyeyən deyilik. Amma torpaqlarımızı azad etmək üçün ən son erməniyə qədər öldürməyə də hazırıq. Bunu artıq ermənilər anlayıblar.

Ümumilikdə isə bu hadisə erməni iqtidarı üçün daxildə ciddi müxalifətin formalaşmasına, eləcə də sosial-siyasi narazılıqların baş qaldırmasına təkan verə bilər. Sadəcə, daha doğru olardı ki, dövlətimiz hansısa erməniyə vətəndaşlıq verəcəksə, onların qarşısına şərtlər qoysun və həmin ermənilər də o şərtlərə əməl edəcəkləri ilə bağlı öhdəlik götürsünlər. Bu zaman biz, onlardan öz siyasi hədəflərimizin gerçəkləşməsi istiqamətində istifadə edə bilərik. Unutmayaq ki, ermənilər hər zaman yalançı və riyakar etnos olaraq tanınıblar. Məhz bu səbəbdən də diqqətli olmaq lazımdır. Əgər həmin ermənilər, Ermənistana qarşı fəal şəkildə bizimlə birgə addım atacaq və qarşılarına qoyulan tələblərə əməl edəcəklərsə, o zaman müraciət edəcəkləri təqdirdə onlara vətəndaşlıq vermək barədə düşünmək olar”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.